"Mənə demişdi 16 yaşımda oliqarxa ərə getmişəm" - Xalq artisti - VİDEO
ARB TV-nin "Səhər-səhər" verilişinin qonağı olan Xalq artisti Zöhrə Abdullayeva maraqlı açıqlamalar verib. O, İlhamə Quliyeva ilə aralarında olan anlaşılmazlıqdan bəhs edib: "Onunla heç əlaqəm yox idi. İllərlə görməzdim, görəndə də salamlaşmazdım. Xasiyyəti xoşuma gəlməzdi.
24 Yanvar 2018 16:41 MədəniyyətARB TV-nin "Səhər-səhər" verilişinin qonağı olan Xalq artisti Zöhrə Abdullayeva maraqlı açıqlamalar verib. O, İlhamə Quliyeva ilə aralarında olan anlaşılmazlıqdan bəhs edib: "Onunla heç əlaqəm yox idi. İllərlə görməzdim, görəndə də salamlaşmazdım. Xasiyyəti xoşuma gəlməzdi. Qabağında əyilməzdim, yalandan yaltaqlanmazdım. Dalımca min söz danışırdı. Ağzına gələni deyirdi. Mənə demişdi ki, "provadnik" işləmişəm. 16 yaşımda oliqarxa ərə getmişdim. Axı necə o işdə işləyə bilərdim?!". Milli.az