Fransa prezidenti: “Dağlıq Qarabağ münaqişəsi dondurulmayıb”
“Dağlıq Qarabağ münaqişəsi dondurulmayıb". Məlumata görə, bunu Fransa prezidenti Emmanuel Makron Ermənistan rəhbəri Serj Sarkisyan ilə görüşü zamanı deyib.
24 Yanvar 2018 15:02 Siyasət"Dağlıq Qarabağ münaqişəsi dondurulmayıb". Məlumata görə, bunu Fransa prezidenti Emmanuel Makron Ermənistan rəhbəri Serj Sarkisyan ilə görüşü zamanı deyib.
O, münaqişənin ancaq danışıqlar yolu ilə həll edilə biləcəyini vurğulayıb və sülhün region əhalisinə rifah gətirəcəyini deyib: "Fransa Rusiya və ABŞ-la birgə Qarabağ münaqişəsinin həllinə yardım etməyə hazırdır. Fransa tərəflər arasında mübahisədə qərəzsiz vasitəçi missiyasına sadiqdir. Biz rusiyalı və amerikalı tərəfdaşlarımız ilə birgə bu münaqişənin həllinə yardım edə biləcək istənilən təşəbbüsə getməyə hazırıq. Arzu edirəm ki, görüşlər konkret nəticə verəcək". Sia.az