"Prezidentin Forumda iştirakı ölkəmizin qlobal iqtisadi münasibətlərdə əhəmiyyətli rol oynadığını göstərir"

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davos İqtisadi Forumunda iştirak və çıxış etməsi bir tərəfdən Azərbaycanın qlobal iqtisadi münasibətlərində əhəmiyyətli rol oynadığını, digər tərəfdən isə bizim ölkənin dünyada baş verən iqtisadi və geostrateji prosseslərin müzakirəsində iştirak etməsi imkanını yaradır". Bu fikirləri iqtisadçı ekspert Emin Əliyev deyib.

Onun sözlərinə görə, forumun işində siyasət və biznes nümayəndələri təqribən iştirakçılarının 50/50 nisbətində olduqları üçün və iri biznes qruplarının tədbirə qatıldıqları üçün Forum Azərbaycana xarici investisiyaların cəlb olunması baxımındam da çox önəmli məkandır.

Ekspert bildirib ki, 2018-ci ildə Davos Forumunun əsas mövzusunun dünyadakı sosial-iqtisadi və siyasi problemlərinin yaranması səbəblərinin və effektiv həll yolların tapılmasına həsr olunduğundan bu arada dünyada iqtisadi inkişaf templərinin aşağı düşməsi, gəlirlərin azalması kimi məsələlər də gündəmdədir: "Məhz buna görə dünyanın aparıcı siyasətçiləri və iqtisadçıları bu Forumda yeni inkişaf imkanları modellərinin tətbiqi, mövcud iş yerlərinin qorunub saxlanması və gəlirlərin diversifikasiyası və artırılması istiqamətində də danışıqlar aparırlar. Neft məhsullarının qiymətlərinin kəskin şəkildə düşməsi, hələ də aşağı səviyyədə olması və yüksələn trenddə bərqərar olmaması dünyanın bir çox ölkələrində yeni reallıqlar yaratıb. Bu prosesin mənfi təsirini həm neft məhsullarını idxal edən ölkələr, həm də, nə gədər təəccüblü olsa da, neft məhsullarını ixrac edən ölkələr də hiss etdi. Düşünürəm, bu mövzu ən maraqlı diskussiya mənbəyi olacaq".

Davos Forumu Dünyaya ən vacib tədbirlərdən biri olduğunu deyən E. Əliyev söyləyib ki, burada müzakirə olunan mövzular, bu müzakirələrin nəticəsi dünyada baş verən geosiyasi və iqtisadi proseslərə təsir edir, gələcək inkişaf strategiyasının formalaşması üçün əhəmiyyətlidir. Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31