Ərdoğandan SƏRT BƏYANAT
“Biz əslində kimin harada dayandığını çox yaxşı bilirik. İŞİD bəhanəsi ilə Afrini terror dəhlizinə təslim etmək istəyənlər indi İŞİD-lə birlikdə açıq şəkildə döyüşürlər”. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident Sarayında 44-cü muxtarlar toplantısında deyib. PYD və İŞİD-in bir medalyonun iki üzü olduğunu deyən Ərdoğan bölgənin İŞİD-dən təmizlənməsinə baxmayaraq, Türkiyəyə sığınan yüz minlərlə insanın evlərinə qayıtmadığını bildirib.
24 Yanvar 2018 15:13 Dünya"Bunlar postmodern xaçlı yürüşünün..."
"Biz əslində kimin harada dayandığını çox yaxşı bilirik. İŞİD bəhanəsi ilə Afrini terror dəhlizinə təslim etmək istəyənlər indi İŞİD-lə birlikdə açıq şəkildə döyüşürlər". Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident Sarayında 44-cü muxtarlar toplantısında deyib. PYD və İŞİD-in bir medalyonun iki üzü olduğunu deyən Ərdoğan bölgənin İŞİD-dən təmizlənməsinə baxmayaraq, Türkiyəyə sığınan yüz minlərlə insanın evlərinə qayıtmadığını bildirib.
"Çünki bölgə bir terror təşkilatından o biri terror təşkilatının əlinə keçdi. Bunlar barbarlar, qatillər və oğrulardır. Bunlar postmodern xaçlı yürüşünün yeni işbirlikçiləridir. Biz əslində Afrində bütün insanlığın düşməni olan bir zehniyyətlə mübarizə aparırıq", - Türkiyə prezidenti vurğulayıb. Publika.az "Haber7" saytına istinadən xəbər verir.