"Azərbaycanın reytinqdə irəliləməsi gerçəklikləri əks etdirir”
“Azərbaycan reytinqdə beş pillə irəlidə olması Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə yürüdülən və müsbət nəticələr verən dərin, geniş islahatlar siyasətinin yekununda yaranmış gerçəklikləri əks etdirir”. Bunu millət vəkili Musa Qasımlı deyib.
24 Yanvar 2018 15:01 Siyasət"Azərbaycan reytinqdə beş pillə irəlidə olması Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə yürüdülən və müsbət nəticələr verən dərin, geniş islahatlar siyasətinin yekununda yaranmış gerçəklikləri əks etdirir". Bunu millət vəkili Musa Qasımlı deyib.

"Nəzərdən qaçırmayaq ki, bu yüksəliş Ermənistanın hərbi təcavüzü, ərazilərimizin bir qisminin işğalı, qaçqın və məcburi köçkünlərin olduğu şəraitdə baş verir. Əgər bütün bunlar olmasaydı, Azərbaycan dövləti indi dünyada ən öncül yerlərdə olardı. Hər hansı bir ölkə belə şəraitlə üzləşsəydi, çoxdan çökmüşdü"-deyə, M.Qasımlı fikirlərini tamamlayıb.
Qeyd edək ki, ABŞ-ın "U.S. News & World Report" jurnalı 2018-ci il üçün dünyanın ən yaxşı ölkələrinin siyahısını dərc edib. Azərbaycan reytinqdə beş pillə irəliləyib. Ölkəmiz reytinq cədvəlində 2017-ci ildəki 69-cu yerdən 64-cü yerə yüksəlib. Cədvəldə liderlər demək olar dəyişməyib: ilk beş yeri İsveçrə, Kanada, Almaniya, Böyük Britaniya və Yaponiya tutub.
Reytinq ekspertlərin 36 ölkədən 21 min nəfər arasında keçirdikləri sorğunun nəticələri əsasında tərtib olunub. Ölkələr turizm baxımından cəlbediciliyi, təbiətinin gözəlliyi, siyasi nüfuzu, təhsilin səviyyəsi və digər amillər üzrə qiymətləndirilib. Sia.az