Ətə olan tələbatımız dünyada təhlükə yaradır- ARAŞDIRMA

Vegetarianlığın geniş yayılmasına baxmayaraq 2050-ci ilə qədər dünyada ət istehsalı 50%-dən çox artacaq. Heyvan və iqlim müdafiəçiləri vəziyyətlə bağlı həyəcan siqnalı çalmasına baxmayaraq, onların problemin həlli ilə bağlı fikirləri fərqlidir. 

Vegetarianlığın geniş yayılmasına baxmayaraq 2050-ci ilə qədər dünyada ət istehsalı 50%-dən çox artacaq. Heyvan və iqlim müdafiəçiləri vəziyyətlə bağlı həyəcan siqnalı çalmasına baxmayaraq, onların problemin həlli ilə bağlı fikirləri fərqlidir. 

"Ola bilsin gələcəkdə daha çox ət istehlak edən ölkələr balanslı qidalanmaqla bağlı yeni variantlar axtarıb tapacaqlar. Lakin dünya miqyasında ən böyük tələbat ət məhsuluna olacaq ki, bu da heyvan ovunu artıracaq" - deyə, yazılarda qeyd olunur.

Almaniyanın Peşəkar Qidalanma Birliyinin yaydığı məlumatına görə, ölkədə adambaşına istehlak edilən ətin miqdarı 60 kiloqramdır. Çində bundan bir qədər az, Afrikanın bəzi ölkələrində yaşayanlar isə bu rəqəmin yarısı qədər ət qəbul etmirlər. Lakin bu rəqəmdən də artıq ət qəbul edən ölkələr var ki, buna ABŞ və ya Argentinadır. Orada il ərzində adambaşına düşən ətin miqdarı 100 kiloqramdır.

"Dünyada əhalinin sayının artması heyvan məhsullarının istehlakını artırır"- deyə, Almaniya Federal Kənd Təsərrüfatı Nazirliyinin sənədlərində yer alıb. Ekspertlərin fikrincə, ətə olan tələb proqnozlaşdırıldığı qədər davam edərsə, o zaman əsrin ortalarına qədər ət istehsalı 300 milyon tondan 480 milyona qədər artacaq. Bu da istixanalarda qaza olan tələbatın daha da artmasına səbəb olacaq.

Məlumata görə, bu gün bəzi almanlar ekoloji problemləri nəzərə alaraq, ətdən qismən və ya tamamilə imtina edirlər. Alman Heyvanları Qoruma Birliyinin prezidenti Tomas Şröder bildirib ki, bu məsələdə hər kəs özünə kömək edə bilər. Belə ki, heyvanları qorumaq üçün ən məntiqli yol vegetarian həyat tərzidir. Onun sözlərinə görə, hazırda 20 almandan biri bu mənitqədədir.

Alman Kənd Təsərrüfatı Birliyi ət istehsalını ekoloji cəhətdən daha səmərəli etmək niyyətindədir. Belə ki, artıq Almaniyada kənd təsərrüfatı fermalarında heyvanların tam həzm edə biləcəyi yemlərdən istifadə olunur.

Həmçinin, yalnız Kənd Təsərrüfatı Birliyi üçün deyil, ərzaq məhsullarının istehsalının digər məqsədlərdən, o cümlədən heyvanların mühafizəsi, təbiətin qorunması və iqlimdən daha vacib olması aydındır". Eyni zamanda, yalnız Kənd Təsərrüfatı Birliyinə deyil, bütün ərzaq istehsalçılarına məlumdur ki, ərzaq məhsullarının istehsalında heyvanların qorunması, təbiətin və iqlimin mühafizəsinə xüsusi diqqət yetirilməlidir.

2015-ci il Paris razılaşmasına görə də, qida təhlükəsizliyi və aclığın aradan qaldırılması əsas prioritetlərdən birir hesab olunur. SİA bu barədə xarici mətbuatda yazılanlara istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31