Ermənistanı bu təhlükə gözləyir

Ermənistan hakimiyyəti biznes dostlarına vergiləri ödəməməyə və gəlirləri ofşorlarda gizlətməyə kömək edir, dövlət büdcəsi isə faktiki olaraq əhalinin hesabına doldurulur. Bunu  müsahibəsində ukraynalı ekspert Aleksandr Oxrimenko deyib.

Onun sözlərinə görə, Ermənistanda yanacaq qiymətlərinin artması da ümumi bahalaşmaya gətirib çıxarır: "Bu, birbaşa asılılıqdır. Yanacaq qiyməti artdığı üçün ərzaq qiymətləri də artır. Bundan başqa, ƏDV hesabına da əhali getdikcə daha çox pul xərcləyir və faktiki olaraq, Ermənistan hakimiyyətini saxlayır".

Ermənistanın hərbi xərclərindən danışan ekspert qeyd edib ki, iri hərbi xərclər də əhalinin hesabına ödənilir: "SSRİ-ni hərbi xərclər məhv etdi, Ermənistanı da bu təhdid gözləyir. Hərbi xərclər hər zaman qeyri-effektivdir və bu sahədə korrupsiya çoxdur. Məhz buna görə də Ermənistan dövlət büdcəsində kəsir böyük olur". Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31