Gündəm

Siciliyada "Koza Nostra"ya qarşı ƏMƏLİYYAT

1 Fevral 2018 12:51

İtaliyanın Siciliya adasında mafiyaya qarşı əməliyyatlar davam edir. Məlumata görə, Palermo şəhərində həyata keçirilmiş əməliyyat nəticəsində 31 nəfər saxlanılıb. Saxlanılanlar çirkli pulların yuyulması, qanunsuz qumar oyunları və mafiya ilə əməkdaşlıqda şübhəli bilinib.

Milli Məclisin İntizam komissiyasının yeni tərkibi təsdiqlənib

1 Fevral 2018 12:42

Milli Məclisin fevralın 1-də keçirilən yaz sessiyasının ilk plenar iclasında parlamentin İntizam komissiyasının yenidən təşkil edilməsi məsələsinə baxılıb. “Olaylar”xəbər verir ki, İntizam komissiyası aşağıdakı tərkibdə yaradılıb: Ağacan Abıyev, Xanlar Fətiyev, Məlahət İbrahimqızı, Mirkazım Kazımov, Səttar Möhbalıyev, Fazil Mustafa, Kamran Nəbizadə. Məsələ səsə qoyularaq təsdiqlənib.

Oqtay Əsədov: “AXC-nin yubileyi ilə bağlı xüsusi iclas keçiriləcək”

1 Fevral 2018 12:41

"Əminəm ki, Milli Məclisin yaz sessiyasında da uğurla işləyəcəyik”.“Olaylar”ın xəbərinə görə, bunu Milli Məclisin ilk plenar iclasında parlamentin sədri Oqtay Əsədov deyib. O, Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında sərəncam imzadığını xatırladıb: “Xüsusi iclas iyunun 8-də keçiriləcək. Bu istiqamətdə iş aparılır”.

Prosineçkinin ilk məğlubiyyəti - Şehiç 45 dəqiqə oynadı

1 Fevral 2018 12:39

"Qarabağ"ın qapıçısı İbrahim Şehiçin şərəfini qoruduğu Bosniya və Herseqovina millisi növbəti oyununu keçirib. Komanda ABŞ-da təlim-məşq toplanışı çərçivəsində Meksika yığması qarşılaşıb. Görüş amerikalıların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 65-ci dəqiqədə Uqo Ayala vurub. İ.Sehiç birinci hissədə meydanda olub. O, 46-cı dəqiqədə Kenan Piriçlə əvəzlənib.

Məzarlıqlar NECƏ OLACAQ- QAYDALAR...

1 Fevral 2018 12:36

Baş nazirin müavini Əli Əhmədov məzarlıqlarla bağlı qaydaların qəbulunun gecikməsinə aydınlıq gətirib. Ə.Əhmədov jurnalistlərə açıqlamasında deyib ki, sənəd konseptual olaraq hazırlanıb.

Müğənnilər HƏDƏFDƏ- YA QAYDALARA UYĞUN OXUYACAQSINIZ...YA DA...

1 Fevral 2018 12:33

Musiqi ifaçılarının ifasında, nitqində yol verilən dil qüsurları ilə bağlı monitorinqə başlanılıb. Bunu  AMEA Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri Sevinc Əliyeva deyib.

Qaçqın düşərgəsində PARTLAYIŞ: 5 ölü, 40 yaralı

1 Fevral 2018 12:27

Nigeriyanın şimal-şərqində partlayış baş verib. Hadisə Borno ştatında qaçqın düşərgəsində qeydə alınıb. Məlumata görə, partlayış nəticəsində azı 5 nəfər həlak olub, 40-a yaxın şəxs yaralanıb.

Narkotik keçirmək istədi, gömrükdə yaxalandı

1 Fevral 2018 12:25

Gömrük əməkdaşları psixotrop maddə və narkotik vasitələrin gömrük nəzarətindən gizlədilmiş şəkildə ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən, İrandan gələn Azərbaycan vətəndaşı gömrük nəzarəti zamanı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

Geyiminə görə tənqid edilən Mətanətin oriental rəqsi verilişə damğa vurdu - VİDEO

1 Fevral 2018 12:23

Yusif Ağayevin aparıcısı olduğu "10-dan sonra" verilişində qonaq olan Mətanət Əsədova yenə öz ampluasında olub.  Tez-tez adı açıq-saçıq geyimi və açıqlamaları ilə qalmaqallarda hallanan Mətanət bu dəfə canlı yayıma oriental rəqsi ilə damğa vurub.

Parlamentin Hesablayıcı komissiyasının yeni tərkibi təsdiqlənib

1 Fevral 2018 12:21

Milli Məclisin fevralın 1-də keçirilən yaz sessiyasının ilk plenar iclasında parlamentin Hesablayıcı komissiyasının yenidən təşkil edilməsi məsələsinə baxılıb.“OLaylar”a xəbər verir ki, Hesablayıcı komissiya aşağıdakı tərkibdə yaradılıb: Heydərov Fəttah Səməd oğlu, Həsənquliyev Qüdrət Müzəffər oğlu, Hüseynov Rafael Baba oğlu, Kazımlı Xanhüseyn Hüseynağa oğlu, Oruc Zahid Məhərrəm oğlu, Vəliyeva Sədaqət Süleyman qızı, Zabelin Mixail Yuryeviç. Məsələ səsə qoyularaq təsdiqlənib.

Qarabağ döyüşlərində istifadə olunmuş müşahidə cihazı muzeydə

1 Fevral 2018 12:20

Qarabağ döyüşlərində istifadə olunmuş müşahidə cihazı Milli Azərbaycan Tarixi Muzeyinə verilib. AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan tarixinin qanlı səhifəsi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş materialların toplanılması və qorunması işi uğurla davam etdirilir.

Türkiyə əhalisinin sayı 80 milyon nəfəri ötüb

1 Fevral 2018 12:19

Türkiyədə əhalinin sayı 80 milyon nəfəri ötüb. Bu barədə Türkiyə Statistika Qurumu (TUİK) məlumat yayıb.  Statistikaya əsasən, 2017-ci ildə əhalinin sayı 2016-cı ilə nisbətən 995654 nəfər artaraq 80 milyon 525 min nəfər olub. 

İranda “quş qripi”nə görə 21 milyon toyuq məhv edilib

1 Fevral 2018 12:17

İranda “quş qripi”nə görə ilin əvvəlindən (martın 21-dən) indiyədək 21 milyon toyuq  məhv edilib. Bunu İranın Baytarlıq İdarəsinin rəhbəri Əlirza Rafiipur deyib. Ə. Rafiipur qeyd edib ki, bu günə qədər 421 mərkəzdə “quş qripi” virusu aşkarlanıb.

Bu gündən Mərkəzi Bank qeydiyyata alınmayan pul nişanlarının ekspertizasını aparmayacaq

1 Fevral 2018 12:15

Bu gündən Mərkəzi Bank (AMB) qeydiyyata alınmayan pul nişanlarının ekspertizasını aparmayacaq. Mərkəzi Bankdan verilən məlumata görə, ölkədə nağd pul tədavülünün effektiv təşkili, dövriyyənin yüksək keyfiyyətli pul nişanları ilə təmin olunması və saxtalaşdırmaya qarşı mübarizənin gücləndirilməsi ilə əlaqədar banklara və poçt rabitəsinin milli operatoruna müvafiq tapşırıqlar verilib.

Rusiyada prezident seçkilərində terror planlaşdıran İŞİD üzvü öldürülüb

1 Fevral 2018 12:12

Rusiyanın Nijni Novqorod şəhərində terror törətməyə hazırlaşan İŞİD üzvü zərərsizləşdirilib.  Bu barədə Rusiya Federal Təhülkəsizlik Xidmətindən məlumat verilib.