Türkiyə əhalisinin sayı 80 milyon nəfəri ötüb

Türkiyədə əhalinin sayı 80 milyon nəfəri ötüb. Bu barədə Türkiyə Statistika Qurumu (TUİK) məlumat yayıb.  Statistikaya əsasən, 2017-ci ildə əhalinin sayı 2016-cı ilə nisbətən 995654 nəfər artaraq 80 milyon 525 min nəfər olub. 

Türkiyədə əhalinin sayı 80 milyon nəfəri ötüb. Bu barədə Türkiyə Statistika Qurumu (TUİK) məlumat yayıb.  Statistikaya əsasən, 2017-ci ildə əhalinin sayı 2016-cı ilə nisbətən 995654 nəfər artaraq 80 milyon 525 min nəfər olub. Qadınlar əhalinin 49,8%, kişilər isə 50.2%-ni təşkil edir. Apa.az "A Haber"ə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31