Gündəm
İçərişəhərdə 3 milyonluq bina satılır - Fotolar
İçərişəhərdə 3 mərtəbədən ibarət bina satışa çıxarılıb. Bakının mərkəzində yerləşən qədim bina bütün əşyaları ilə birgə satılır.
Rusiya kəşfiyyatının rəhbərləri məxfi şəkildə ABŞ-a getdi
Rusiyanın üç əsas kəşfiyyat xidmətinin rəhbəri gözlənilmədən ABŞ-a səfər ediblər. Bu barədə informasiyanı “Vaşinqton Post” qəzeti yayıb. Qəzet Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkinin bu həftə ərzində Vaşinqtonda olduğunu bildirib. Narışkindən öncə isə ABŞ-a Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov və Rusiya Baş Kəşfiyyat İdarəsinin rəhbəri İqor Korobov (QRU) gəlib.
İstanbulda dəhşətli avtobus qəzası: Ölənlər var
Türkiyənin İstanbul şəhərində başqa bir avtobusla toqquşduqdan sonra idarəetməni itirən sərnişin avtobusu dayanacağa çırpılıb. Dəhşətli qəza Üsküdar ərazisində baş verib.
Ərdoğana arxa çıxacaq güc lazımdır, bu güc isə… - Duqin
Kürdlər ABŞ-dan üz çevirəcəklər. Bunu “Aydınlıq” qəzetinə müsahibəsində rusiyalı ideoloq və filosof Aleksandr Duqin söyləyib.
Alimlərdən şok xəbərdarlıq: Yeri böyük təhlükə gözləyir
Yerin maqnit sahəsi tədricən zəifləyir. Üstəlik, planetiin maqnit qütbləri də yerlərini dəyişə bilər. Yerin maqnit sahəsini, əsasən, dəmirdən ibarət nüvə, habelə dəmir və nikeldən ibarət ərimiş maqma yaradır. Planetimizin maqnit sahəsi canlıları kosmik şüalardakı öldürücü radiasiyadan qoruyur. Əgər maqnit sahəsi olmasaydı, Yer çoxdan Marsa çevrilərdi. Marsda da bir zamanlar okeanlar və atmosfer vardı. Lakin Marsın maqnit sahəsi yerini dəyişdiyindən okeanlarla hava yoxa çıxıb.
Fransa qondarma erməni soyqırımını təqvimə əlavə edəcək
Fransa prezidenti Emmanuel Macron Parisdə fəaliyyət göstərən Erməni Təşkilatları Koordinasiya Şurasının illik toplantısına qatılıb. Olaylar.az bildirir ki, gecədə Macron sözdə saxta erməni soyqırımının Fransa təqviminə əlavə ediləcəyini bildirib.
Mətanət 17 günün içində xəstəlikdən arıqlayıb bu hala düşdü
Bu gün "10-dan sonra" verilişinin qonağı olan Mətanət Əsədovanın xarici görünüşündəki dəyişiklik diqqətdən yayınmayıb. Xanım sənətçi bu dəyişikliyin xəstəliyi ilə bağlı olduğunu bildirib.
İlham Əliyev Türkmənistana gedir
Azərbaycan prezidenti İlham Əliyevin Türkmənistana səfəri planlaşdırılır. Bu barədə Türkmənistanın Dövlət Agentliyi məlumat yayıb. Bildirilir ki, Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyətinin Türkmənistana səfərinin məqsədi, həmçinin, Azərbaycan prezidenti İlham Əliyevin bu ölkəyə səfərinə hazırlıq məsələsini müzakirə etməkdir.
Bakıda ŞOK HADİSƏ
Bakıda yol polisinə tabe olmayan sürücü silaha əl atıb. Paytaxtın Nərimanov rayonu ərazisində yol hərəkəti qaydalarını pozduğuna görə, “Volkswagen” markalı “90 UU 793” dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü 1983-cü il təvəllüdlü Təyyar Əliyevin maşını saxlanılıb. T.Əliyev yol polisi serjantı Orxan Həsənova tabe olmayaraq avtomobilində olan pnevmatik tapança ilə ona hədə qorxu-gələrək buraxmasını tələb edib.
Bağdadinin qaçdığı yer məlum oldu – Yeni İŞİD bu ölkələrdə QURULACAQ
İraq və Suriyada ələ keçirdiyi torpaqların demək olar ki, hamısını itirən İŞİD terror təşkilatının lideri Əbubəkr əl-Bağdadi Afrikaya qaçıb. Bu haqda İŞİD üzrə mütəxəssis Hişam əl-Haşimi Böyük Britaniyanın “The Sun” qəzetinə bildirib. O, Bağdadinin Niger-Əlcəzair sərhədinin qanundan uzaq bölgələrində, ya da Çadın şimalında gizləndiyini söyləyib.
Ukrayna keçmiş baş nazirini axtarışa verdi
Ukraynanın keçmiş baş naziri Nikolay Azarov axtarışa verilib. Bu barədə informasiyanı öz Feysbuk səhifəsində Ukraynanın Baş prokuroru Yuri Lutsenko paylaşıb. O, Azarovla bərabər Milli Bankın keçmiş rəhbəri Sergey Arbuzovun da axtarışa verildiyini bildirib.
7 cəbhəyanı kəndi birləşdirən yol yenidən qurulur
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təmas xəttində yerləşən yaşayış məntəqələrinə gedən yollar əsaslı şəkildə yenidən qurulur. “OLAYLAR”-a Agentliyin mətbuat xidmətindən bildirilib ki, təkcə Ağdam rayonunda bu il 17 cəbhəyanı kəndi birləşdirən yolların əsaslı şəkildə bərpası nəzərdə tutulub. Onlardan biri də 5.4 km uzunluğunda Əfətli-Hacıturalı-Həsənxanlı avtomobil yoludur. Sözügedən yol Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq yenidən qurulur. Yolun uzun müddət istismar olunmasına baxmayaraq əsaslı şəkildə təmir olunmaması gediş-gəlişin çətinləşməsinə gətirib çıxarmışdı. Məhz buna görə yolun yenidən qurulması 7 yaşayış məntəqəsinin 5 minə yaxın əhalisinin ürəyincə olub.
Tələbələrin köçürülməsinə başlanılıb
Fevralın 1-dən tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə elektron sənəd qəbuluna başlanılıb. “OLAYLAR” Təhsil Nazirliyinə istinadən xəbər verir ki, Transfer.edu.az portalı vasitəsi ilə həyata keçiriləcək sənəd qəbulu fevralın 7-dək davam edəcək. Portala müraciət edən şəxslər köçürülmək istədiyi təhsil müəssisəsini seçmək imkanına malikdir. Bunun üçün təhsilalanlar tələb olunan məlumatları daxil etməklə, köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyən edə bilərlər.
Ermənilər 121 dəfə atəşkəsi pozub
“OLAYLAR” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 121 dəfə pozub.
Silahlı Qüvvələrə Yardım Fonduna nə qədər vəsait toplanıb?
Silahlı Qüvvələrə Yardım Fonduna 1 fevral 2018-ci il tarixədək 88.311.629,32 AZN, 213.073,88 ABŞ dolları, 10136,0 avro və 5000,0 rubl vəsait daxil olub. “OLAYLAR” xəbər verir ki, məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.














