Ukrayna keçmiş baş nazirini axtarışa verdi
Ukraynanın keçmiş baş naziri Nikolay Azarov axtarışa verilib. Bu barədə informasiyanı öz Feysbuk səhifəsində Ukraynanın Baş prokuroru Yuri Lutsenko paylaşıb. O, Azarovla bərabər Milli Bankın keçmiş rəhbəri Sergey Arbuzovun da axtarışa verildiyini bildirib.
1 Fevral 2018 11:32 DünyaUkraynanın keçmiş baş naziri Nikolay Azarov axtarışa verilib. Bu barədə informasiyanı öz Feysbuk səhifəsində Ukraynanın Baş prokuroru Yuri Lutsenko paylaşıb. O, Azarovla bərabər Milli Bankın keçmiş rəhbəri Sergey Arbuzovun da axtarışa verildiyini bildirib. Hər iki şəxsin Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçlə birgə cinayət fəaliyyətində şübhəli bilindiyi vurğulanıb. Azarovun öz fəaliyyəti ilə ölkəyə 77 milyon dollar, Arbuzovun isə 114 milyon dollar ziyan vurduğu bildirilib. Axar.az