"Heç kim üçün məhdudiyyət yoxdur": Ekspertdən tədris mərkəzlərindəki imtahan narazılığına AÇIQLAMA – ÖZƏL

Ağdamdakı "Zəfərə Doğru" Tədris Mərkəzi sınaq imtahanlarının təşkilindən narazıdır. Mərkəzin təmsilçisi Fidanə Məmmədova bildirib ki, ötən il imtahanları onların razılığı ilə Bərdə hazırlıq kursu təşkil etsə də, bu il imtahanları Müstəqil Qiymətləndirmə Mərkəzindən (MQM) asılı olmadan özləri keçirmək istəyirlər. Lakin MQM nümayəndəsi İlqar Ağakişiyev müstəqil MMC olduqlarını əsas gətirərək sualları göndərməkdən imtina edir.

Mövzu ilə bağlı təhsil eksperti Məzahir Məmmədli Olaylar.az-a açıqlama verib. Təhsil eksperti bildirib ki, "Zəfərə Doğru" və yaxud digər tədris mərkəzləri indi çoxsaylıdır. Hər kəs VÖEN alır, MMC təsis edir, bəziləri isə heç MMC təsis etmədən, sadəcə VÖEN alaraq, fiziki şəxs kimi məktəblərdə və digər yerlərdə, xüsusilə də imtahanlar təşkil edirlər. Nəticədə, məsələn, bu ilki buraxılış imtahanlarının nəticələri çətin oldu deyə uğurlu nəticə göstərə bilmədilər. Məhz ona görə də dövlət imtahanından daha çox belə MMC-lər, tədris mərkəzləri və kurs rəhbərləri tənqid olunurlar. Çünki onlar daxili imtahanlar keçirirlər və daxili imtahanlarda daha asan suallar salmaqla valideynlərdə bir şişirtmə, bir arxayınlıq yaradırlar ki, sizin uşağınız bu göstəricilərə malikdir və sair. Amma nəticədə təcrübə göstərir ki, əslində belə deyil. Ona görə də daha çox qınağa məruz qalırlar. Bu ad altında və digər adlar altında çoxsaylı kurslar var ki, onlar yerlərdə, hətta məktəb direktorunu da şərik etmək şərti ilə belə kampaniya xarakterli sınaq imtahanları təşkil edib keçirirlər. Əksəriyyətində də şişirdilmiş ballar olur. Sualların tərtibatı qüsurlu, nöqsanlı olur. Hər bir fiziki şəxs suallar tərtib edib, gedib yerində belə bir təşəbbüs göstərmək istəyirsə, bunu edə bilər. Bir halda ki, orada ödənişli olacaq və ödənişdən dövlətin vergisini verəcək, o halda niyə olmasın? Yəni, bu heç kim üçün qadağan deyil, heç kim üçün məhdudiyyət yoxdur. Bir MMC təsis edib tədrisə yönəlik bir iş görürsə, getsin fiziki şəxs olaraq da o işi görsün. Amma ödənişlər şəffaf olmalıdır. Ona görə də mən düşünmürəm ki, hər kəs kiməsə məhdudiyyət tətbiq edə və yaxud "müstəqil qiymətləndirmə aparıram" deyə başqalarına bu imkanı verməsin. Belə bir qanun, belə bir qayda yoxdur.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31