Sülh sazişi, delimitasiya və razılaşmalar: Bayramov-Mirzoyan görüşünün gündəliyi- ÖZƏL

Xarici işlər naziri Ceyhun Bayramov Ermənistan XİN rəhbəri Ararat Mirzoyanla yaxın zamanda ikitərəfli görüşün keçirilə biləcəyini bildirib. Onun sözlərinə görə, tərəflər növbəti fürsətdə bir sıra məsələləri müzakirə etmək barədə razılığa gəliblər.

Ceyhun Bayramov və Ararat Mirzoyan arasında mümkün görüş hansı məsələlərin müzakirəsi baxımından əhəmiyyət daşıyır? Belə bir görüş Azərbaycan-Ermənistan sülh prosesinə və tərəflər arasında əldə olunan razılaşmaların icrasına necə təsir edə bilər?

Mövzu ilə bağlı "Müasir İnkişaf" İctimai Birliyinin sədri, Crossmedia.az saytının baş redaktoru, siyasi şərhçi Mübariz Göyüşlü Olaylar.az-a açıqlama verib:

" Ümumiyyətlə, Azərbaycanla Ermənistanın rəsmi-qeyri-rəsmi, yəni nümayəndələri görüşürlər.
Rəsmi, yəni Azərbaycan Respublikasının Prezidenti ,  Ermənistanın baş naziri, xarici işlər nazirlərimiz, xüsusi nümayəndələr və s. arasında görüşlər olur. Qeyri-rəsmi də indi QHT-lər, media nümayəndələri, vətəndaş cəmiyyəti nümayəndələri, yəni görüşlər keçirirlər.  Təmaslar var və indi müəyyən nəticələr də var.
Təbii ki, indi bizim tam gözlədiyimiz nəticə olmasa da belə, nəticələr var. Müharibədənsə, gərginlikdənsə və digər gərginlik mahiyyətli məsələlərdənsə, düşünürəm ki, danışıqların olması, təmasların olması müsbətdir. Əlbəttə, biz istəyirik ki, bu məsələlər nəticəli olsun. Sülh hazırlığı, sülh sazişi , sərhədlərinin delimitasiyası və  digər vacib məsələlər sürətli şəkildə həll olsun. Lakin Ermənistan o xarici, daxili təzyiqlərə sinə gələ bilmir. Onların qarşısında dura bilmir və nəticəsidir ki, bu proses uzanır.
Düşünürəm ki, xarici işlər nazirləri bu prosesin əsas iştirakçılarıdır. Dövlət başçılarından sonra əsas iştirakçılardandırlar. Onların, əlbəttə, görüşləri və müzakirələri əldə olunan razılaşmaların icrasına müsbət təsir edəcək və bu görüşlərin, müzakirələrin davamlı olması, qəbul edilən qərarların da sürətli bir şəkildə icra olunması lazımdır. Biz də bunu daha real şəkildə, praktik nümunələrini görməkdəyik və görəcəyik də".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31