Azərbaycan parlaq nailiyyətlər qazanır- ÖZƏL
15:26 Siyasət"Yeni Azərbaycan Partiyası fəaliyyətində ölkəmizin müstəqilliyinin, ərazi bütövlüyünün qorunması, beynəlxalq aləmdə layiqli yer tutması kimi əsas milli prioritetlər istiqamətində qurmaqla cəmiyyətdə yüksək nüfuza malikdir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Nurlan Həsənov deyib: "Azərbaycan parlaq nailiyyətlər qazanır, milli gücümüz günbəgün artır. Gələcəyə doğru inamla irəliləyən Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin daha da qüdrətlənməsi istiqamətində ciddi səylər göstərir. Əldə olunan uğurların siyasi müstəvidə möhkəmləndirilməsində Yeni Azərbaycan Partiyasının mühüm xidmətləri var".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31