Fransa qondarma erməni soyqırımını təqvimə əlavə edəcək

Fransa prezidenti Emmanuel Macron Parisdə fəaliyyət göstərən Erməni Təşkilatları Koordinasiya Şurasının illik toplantısına qatılıb. Olaylar.az bildirir ki, gecədə Macron sözdə saxta erməni soyqırımının Fransa təqviminə əlavə ediləcəyini bildirib.

Erməni lobbisi digər istəkləri isə Fransa prezidentindən Türkiyəni azsaylı xalqları təhdid etməkdə günahlandırmağı tələb ediblər. Emmanuel Macron onların bu istəyini rədd edərək Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla siyasi münasibətlərə böyük önəm verdiyini qeyd edib.

Erməni Təşkilatları Koordinasiya Şurası Macrondan erməni lobbisinin nümayəndələri ilə birgə Dağlıq Qarabağa səfər etməyini istəyiblər. "Mən sizi məyus edəcəm. Bunu da edə bilmərəm. Mən Azərbaycanla Ermənistan arasındakı vasitəçi rolumu itirə bilərəm. Dağlıq Qarabağ problemi həll olunduqdan sonra bölgəyə səfər etmək istəyirəm" - deyə, Fransa prezidenti Emmanuel Macron bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31