Oqtay Əsədov: “AXC-nin yubileyi ilə bağlı xüsusi iclas keçiriləcək”

"Əminəm ki, Milli Məclisin yaz sessiyasında da uğurla işləyəcəyik”.“Olaylar”ın xəbərinə görə, bunu Milli Məclisin ilk plenar iclasında parlamentin sədri Oqtay Əsədov deyib. O, Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında sərəncam imzadığını xatırladıb: “Xüsusi iclas iyunun 8-də keçiriləcək. Bu istiqamətdə iş aparılır”.

"Əminəm ki, Milli Məclisin yaz sessiyasında da uğurla işləyəcəyik". "Olaylar"ın xəbərinə görə, bunu Milli Məclisin ilk plenar iclasında parlamentin sədri Oqtay Əsədov deyib. O, Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında sərəncam imzadığını xatırladıb: "Xüsusi iclas iyunun 8-də keçiriləcək. Bu istiqamətdə iş aparılır".
Spiker qeyd edib ki, Milli Məclisin yaz sessiyasında hökumətin və Hesablama Palatasının hesabatı dinləniləcək. O.Əsədov Azərbaycan İnsan Hüquqlarının müvəkkilinin hesabatının da dinləniləcəyini qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31