Gündəm

Zahid Oruc: "Görünür, ayrı-ayrı qüvvələr özlərini toxunulmaz hiss edirlər"

1 Fevral 2018 13:48

"Azərbaycada çay kənarlarındakı qum, çınqıl daşınır. Kim düşünürsə, qum, çınqıl balaca varlıqdır, onlar yanılırlar, çünki bunlardan milyonlar qazananlar var. Buna qarşı cərimə cəmi 12 min manatdan ibarətdir. Biz müxtəlif sahələrlə bağlı cərimə sanksiyalarını artırmışıq. Cəriməni artırmaq lazımdır”.

AXC-nin 100 illiyi münasibətilə medalın təsis edilməsi təklif olunub

1 Fevral 2018 13:46

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Tahir Kərimli Azərbaycan Parlamentinin 100 illiyi münasibətilə medalın təsis olunmasını təklif edib. “Olaylar”ın xəbərinə görə, Milli Məclisin plenar iclasında çıxış edən T.Kərimli deyib ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və ya Azərbaycan Parlamentinin 100 illiyi münasibətilə medal təsis olunmalıdır. Deputat bildirib ki, bu addım Cümhuriyyət qurucularına qarşı sayğı kimi qiymətləndirilə bilər.

Müdafiə Nazirliyi “Gizir hazırlığı kursu”na qəbul elan edir

1 Fevral 2018 13:45

Müdafiə Nazirliyi “Gizir hazırlığı kursu”na qəbul elan edir. “OLAYLAR” xəbər verir ki, Müdafiə Nazirliyinin hərbi hissələrinə gizirlərin həqiqi hərbi xidmətinə könüllü daxil olmaq arzusunda olan müddətli həqiqi hərbi xidmətini başa vurmuş, tam orta təhsilli, 28 yaşınadək vətəndaşlar fevral ayının 5-dən 24-dək müvafiq sənədlərlə birlikdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində (SQ TTM) fəaliyyət göstərən qəbul komissiyasına  müraciət edə bilərlər.

İlin ilk ayında 4 852 müraciət daxil olub

1 Fevral 2018 13:44

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Telefon Məlumat Mərkəzinə (telefon: (+99412) 599-12-22) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2018-ci ilin yanvar ayı ərzində vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb. İdarədən “OLAYLAR”-a bildirilib ki, qeyd olunan müddət ərzində ümumilikdə, mərkəzlərə 4 852 müraciət daxil olub. Daxil olan müraciətlərin əksəriyyəti dərhal cavablandırılıb və operativ şəkildə həll olunub.

Millət vəkili vəkillərin sayının artırılmasını təklif edib

1 Fevral 2018 13:43

“Azərbaycanda hər 100 min nəfərə 8 vəkil düşür. Avropanın inkişaf etmiş ölkələrində isə hər 100 min nəfərə düşən vəkil sayı bundan 40-45 dəfə çoxdur”. “Olaylar” xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında millət vəkili Qüdrət Həsənquliyev deyib.

Milli Məclisin komitə sədri prezidentə müraciət etdi

1 Fevral 2018 13:41

“Bu il Heydər Əliyevin anadan olmasının 95 illiyidir. Bu gün qeyd edilməlidir”. “Olaylar”ın xəbərinə görə, bunu Milli Məclisin plenar iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.

Qısqanc qadın sevgilisinin cinsiyyət orqanını kəsdi - Qəribə səbəb 

1 Fevral 2018 13:34

Qazaxstanda qəribə olay baş verib.  Zhanna Nurzhanova ( Canna Nurcanova ) adlı 36 yaşlı qısqanc qadın sevgilisini yuxu dərmanı ilə yatdırıb, sonra da cinsiyyət orqanını kəsib.

Putin nazir müavinini işdən azad etdi

1 Fevral 2018 13:27

Rusiya prezidenti Vladimir Putin xarici işlər nazirinin müavini Gennadi Qatilovu vəzifəsindən azad edib. Məlumata görə, bu barədə V.Putin müvafiq sərəncam imzalayıb.

Lavrov İtaliyanın ATƏT-dəki sədrliyindən danışdı: Maraqlıdır

1 Fevral 2018 13:24

Rusiya İtaliyanın ATƏT-dəki sədrlik proqramını konstruktiv və gələcəyə yönəlik hesab edir. Məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov italiyalı həmkarı və ATƏT-in hazırkı sədri Ancelino Alfano ilə görüşü zamanı deyib.

İlham Əliyev: “Azərbaycanla Türkiyə daim bir-birini dəstəkləyir” - YENİLƏNİB

1 Fevral 2018 13:21

Azərbaycan prezidenti İlham Əliyev Türkiyə Respublikasının əmək və sosial müdafiə naziri xanım Jülide Sarıeroğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Məlumata görə, ölkələrimizin sosial müdafiə sahəsində iş birliyinin razılıq doğurduğunu deyən prezident İlham Əliyev bu sahədə təcrübə mübadiləsinin, birgə proqramların həyata keçirilməsinin zəruriliyini qeyd edib.

Hava yağmursuz keçəcək

1 Fevral 2018 13:18

Bakıda və Abşeron yarımadasında fevralın 2-dəhava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-12, Bakıda gecə  0-2, gündüz 9-11 dərəcə isti olacağı gözlənilir. 

Bakı - Sumqayıt dairəvi dəmir yolunda əsaslı təmirə başlanılıb

1 Fevral 2018 13:09

Fevralın 1-dən qatarların sürətini və intensiv hərəkətini təmin etmək məqsədilə Bakı - Sumqayıt dairəvi dəmir yolunun əsaslı təmirinə start verilib. “Azərbaycan Dəmir Yolları”QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən “OLAYLAR”-a bildirilib ki, əsaslı təmir işlərini 5 saylı İDYM MMC-nin kollektivi həyata keçirir.  Ümumi uzunluğu 107 km olan baş yollarda təmir işlərinin sentyabr ayına qədər başa çatdırılması planlaşdırılır. Layihə mərhələli şəkildə həyata keçiriləcək. İlkin mərhələdə Sabunçu-Bakı sərnişin stansiyası istiqamətində 14 km yolun sökülməsi və əsaslı təmiri nəzərdə tutulub.

Jurnalistlər Binasının sakinlərinin ictimai nəqliyyat problemi həll edilir

1 Fevral 2018 13:07

125 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib. Bakı Nəıqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsindən “OLAYLAR”-a bildirilib ki, bu marşrut üzrə avtobuslar “Lökbatan” Nəqliyyat Mübadilə Mərkəzinə gedərkən 20-ci sahədəki dairədən geri qayıdaraq yeni salınan yoldan “Bibiheybət yolu”na çıxmaqla (“Jurnalistlər binası”nın qarşısındakı yol) müəyyən edilən xətt üzrə hərəkətinə davam edəcək. Dəyişiklik nəticəsində “Bibiheybət yolu” ətrafında çoxsaylı yaşayış binalarının sakinlərinin, Bakı Ali Neft məktəbinin kampusunun müəllim və tələbə heyətinin, eləcə də həmin ərazidə olan iaşə obyektlərindən istifadə edən əhalinin müntəzəm marşrut xətti ilə “28 May” metrostansiyası – “Lökbatan” Nəqliyyat Mübadilə Mərkəzi ilə əlaqələndirilməsi təmin ediləcək.

Moskvada Rusiya və İtaliya XİN rəhbərləri arasında görüş keçirilir

1 Fevral 2018 12:56

Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrov və İtaliyanın xarici işlər naziri,ATƏT-in fəaliyyətdə olan sədri Angelino Alfano arasında görüş keçirilir. Məlumata görə, görüşdə əsas diqqət 2018-ci ilə görüləcək iş planına, o cümlədən ATƏT regionunda təhlükəsizlik, inamın bərpa olunması, eləcə də terrorla, narkotrafiklə və kiber təhlükə ilə mübarizəyə yönələcək. S. Lavrov çıxışında İtaliyanın ATƏT-in fəaliyyəti ilə bağlı planını müsbət qiymətləndirdiyini deyib: "Xüsusi qeyd etmək istəyirəm ki, sizinATƏT məkanında miqrasiya böhranı ilə bağlı planınızı dəstəkləyirik. Bugünkü görüşdə də İtaliyanın ATƏT-ə sədrlik dövründə planlaşdırdıqları işləri eşitməyə hazırıq".  A. Alfano isə çıxışında ATƏT-ə sədrliyin çox böyük məsuliyyət olduğunu söyləyib: "Biz bunda strateji imkanlar görürük".

Veteranlar Təşkilatının sədrinə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” təqdim olunub

1 Fevral 2018 12:53

Böyük Vətən müharibəsi veteranı, Respublika Veteranlar Təşkilatının sədri, general-polkovnik Tofiq Ağahüseynovun 95 illik yubileyi ilə əlaqədar dövlətimizin başçısının sərəncamı ilə təltif edildiyi “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”nun fevralın 1-də yubilyara təqdim olunması mərasimi keçirilib.