Moskvada Rusiya və İtaliya XİN rəhbərləri arasında görüş keçirilir
Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrov və İtaliyanın xarici işlər naziri,ATƏT-in fəaliyyətdə olan sədri Angelino Alfano arasında görüş keçirilir. Məlumata görə, görüşdə əsas diqqət 2018-ci ilə görüləcək iş planına, o cümlədən ATƏT regionunda təhlükəsizlik, inamın bərpa olunması, eləcə də terrorla, narkotrafiklə və kiber təhlükə ilə mübarizəyə yönələcək. S. Lavrov çıxışında İtaliyanın ATƏT-in fəaliyyəti ilə bağlı planını müsbət qiymətləndirdiyini deyib: "Xüsusi qeyd etmək istəyirəm ki, sizinATƏT məkanında miqrasiya böhranı ilə bağlı planınızı dəstəkləyirik. Bugünkü görüşdə də İtaliyanın ATƏT-ə sədrlik dövründə planlaşdırdıqları işləri eşitməyə hazırıq". A. Alfano isə çıxışında ATƏT-ə sədrliyin çox böyük məsuliyyət olduğunu söyləyib: "Biz bunda strateji imkanlar görürük".
1 Fevral 2018 12:56 DünyaMoskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrov və İtaliyanın xarici işlər naziri,ATƏT-in fəaliyyətdə olan sədri Angelino Alfano arasında görüş keçirilir. Məlumata görə, görüşdə əsas diqqət 2018-ci ilə görüləcək iş planına, o cümlədən ATƏT regionunda təhlükəsizlik, inamın bərpa olunması, eləcə də terrorla, narkotrafiklə və kiber təhlükə ilə mübarizəyə yönələcək. S. Lavrov çıxışında İtaliyanın ATƏT-in fəaliyyəti ilə bağlı planını müsbət qiymətləndirdiyini deyib: "Xüsusi qeyd etmək istəyirəm ki, sizinATƏT məkanında miqrasiya böhranı ilə bağlı planınızı dəstəkləyirik. Bugünkü görüşdə də İtaliyanın ATƏT-ə sədrlik dövründə planlaşdırdıqları işləri eşitməyə hazırıq". A. Alfano isə çıxışında ATƏT-ə sədrliyin çox böyük məsuliyyət olduğunu söyləyib: "Biz bunda strateji imkanlar görürük".
Qeyd edək ki, Lavrov-Alfano görüşündə ATƏT məkanındakı münaqişələrin, o cümlədən Ukrayna, Dnestryanı və Dağlıq Qarabağixtilafının nizamlanmasına da toxunulacaq. Görüşdən sonra nazirlər birgə mətbuat konfransı keçiriəcəklər. Apa.az