Bakı - Sumqayıt dairəvi dəmir yolunda əsaslı təmirə başlanılıb

Fevralın 1-dən qatarların sürətini və intensiv hərəkətini təmin etmək məqsədilə Bakı - Sumqayıt dairəvi dəmir yolunun əsaslı təmirinə start verilib. “Azərbaycan Dəmir Yolları”QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən “OLAYLAR”-a bildirilib ki, əsaslı təmir işlərini 5 saylı İDYM MMC-nin kollektivi həyata keçirir.  Ümumi uzunluğu 107 km olan baş yollarda təmir işlərinin sentyabr ayına qədər başa çatdırılması planlaşdırılır. Layihə mərhələli şəkildə həyata keçiriləcək. İlkin mərhələdə Sabunçu-Bakı sərnişin stansiyası istiqamətində 14 km yolun sökülməsi və əsaslı təmiri nəzərdə tutulub.

Fevralın 1-dən qatarların sürətini və intensiv hərəkətini təmin etmək məqsədilə Bakı - Sumqayıt dairəvi dəmir yolunun əsaslı təmirinə start verilib. "Azərbaycan Dəmir Yolları"QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən "OLAYLAR"-a bildirilib ki, əsaslı təmir işlərini 5 saylı İDYM MMC-nin kollektivi həyata keçirir.  Ümumi uzunluğu 107 km olan baş yollarda təmir işlərinin sentyabr ayına qədər başa çatdırılması planlaşdırılır. Layihə mərhələli şəkildə həyata keçiriləcək. İlkin mərhələdə Sabunçu-Bakı sərnişin stansiyası istiqamətində 14 km yolun sökülməsi və əsaslı təmiri nəzərdə tutulub.

Qeyd edək ki, bu yolun qoyuluşu başa çatandan sonra Bakı və Bakıətrafı qəsəbə və kəndlərin əhalisinin, dəmir yolundan istifadə etməklə,  nəqliyyat problemi, qismən də olsa,  aradan qaldırılacaq. Bakı, 8-ci km qəsəbəsi, Sabunçu, Zabrat, Pirşağı, Kürdəxanı, Goradil, Saray və Sumqayıt əhalisi elektrik qatarlarının xidmətindən istifadə edərək, mənzil başına rahat və təhlükəsiz şəraitdə çatacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31