Gündəm

Rusiya ABŞ-ın sanksiyasına cavab hazırlamır

1 Fevral 2018 14:39

Rusiya “Kreml hesabatı”na cavab hazırlamır. Bu barədə informasiyanı Rusiya Federasiya Şurasının Dövlət Suverenliyinin Müdafiə Komissiyası yayıb. Komissiyada ölkənin suverenliyinə müdaxilə anlayışını gücləndirəcək xüsusi qanun layihəsi hazırlandığı bildirilib.

Deputat təklif edir: “İşğalla bağlı qanun layihəsi hazırlansın”

1 Fevral 2018 14:29

Azərbaycanda işğalla bağlı qanun layihəsinin hazırlanması təklif edilib. “Olaylar” xəbər verir ki, bunu deputat Rövşən Rzayev Milli Məclisin bu gün keçirilən iclasında irəli sürüb. O qeyd edib ki, Milli Məclis bu sessiya bu qanun layihəsini hazırlamalıdır, buna ehtiyac var.

Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin sığorta ödəmələri nağdsız olacaq

1 Fevral 2018 14:28

Azərbaycanda əməliyyat-axtarış, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektlərinə sosial sığorta ödəmələri nağdsız qaydada veriləcək.“Olaylar”ın məlumatına görə, Milli Məclisin iclasında bununla əlaqədar “Sosial sığorta haqqında” qanunun 17-ci (Sosial sığorta ödəmələrinin verilməsi) maddəsinə əlavə müzakirəyə çxıarılıb. Bu əlavəyə əsasən sosial sığorta ilə bağlı əməliyyat-axtarış, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektlərinə ödəmələr "Nağdsız hesablaşmalar haqqında" qanuna uyğun olaraq veriləcək. Layihə səsə qoyularaq qəbul olunub.

Azərbaycan Cümhuriyyəti dövrünə aid etnoqrafik xalça

1 Fevral 2018 14:28

Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan Cümhuriyyəti dövrünə aid etnoqrafik xalça mühafizə edilir. Xalça Qarabağ xalça məktəbinə məxsusdur. 1918-ci ildə Azərbaycan hökumətinin dəvəti ilə bolşevik-daşnak qüvvələri tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımın qarşısını almaq üçün gələn türk ordusuna minnətdarlıq əlaməti olaraq toxunmuşdur. Ölçüsü 190x140 sm.-dir.

Qadınları bir kişidən başqasına ötürürlər – Nazarbayev hərəkətə keçməyi ƏMR ETDİ

1 Fevral 2018 14:26

Ötən həftə Qazaxıstan parlamentinin deputatları dini fəaliyyət və dini təşkilatlara aid bəzi qanunverici aktlara dəyişikliklər və əlavələrin edilməsini nəzərdə tutan qanun layihəsi ilə tanış oldu.

Brilliant Dadaşovanın müğənni bacısı gömrükdə saxlanılıb

1 Fevral 2018 14:15

Space telekanalında yayımlanan "Nahara qədər" verilişinin bugünkü qonağı xalq artisti Brilliant Dadaşovanın müğənni bacısı Lalə Dadaşovadır. Aparıcı Sevinc Əliyeva müğənni ilə bağlı ilginc açıqlamalar verib. O, sənətçinin Çexiyadan gələndə gömrükdə saxlanıldığını bildirib: "Lalə əlində torbalarla gələndə, onu gömrükdə saxlayıblar ki, "aç sumkaları baxaq". Camaat pal-paltar, ayaqqabı, cer-cehiz, bahalı xalı-xalça gətirər, bu da xırda muncuqlar gətirib".

Xəyanət mesajları 11 illik evliliyə son qoydu

1 Fevral 2018 14:12

Aktrisa və aparıcı Gül Gölge jurnalist əri Murat Sayqından boşanır. Cütlüyün 11 illik ailə həyatının bitməsinə səbəb xəyanət iddialarıdır. Belə ki, Gül yaxın rəfiqəsi Elif Gönlümün basketbolçu həyat yoldaşı Kərəm Gönlümə eşq mesajları yazıb.

Keçmiş MTN-in qadın generalı məhkəmədən barəsindəki cinayət işinə xitam verilməsini istəyib

1 Fevral 2018 14:11

Sabunçu rayon Məhkəməsində ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

PKK türk ordusuna hücum etdi - 1 şəhid, 5 yaralı

1 Fevral 2018 14:08

PKK terrorçuları Türkiyənin Hakkari bölgəsinin Çukurca mahalında Türkiyə hərbçilərinin mövqelərinə hücum edib. Hücum nəticəsində 1 əsgər şəhid olub, daha 5-i yaralanıb.

Afrində “xristian ordusu”: ermənilər YPG-yə yerləşdirilir

1 Fevral 2018 14:07

PYD/PKK terror qruplaşmasının “asayişi qorumaq” adı altında yaratdığı saxta polis təşkilatı Suriyanın şimal-şərqindəki xristian aysorlara (assuriyalılar) qarşı əməliyyat keçirir. Məlumata görə, bölgədəki sakinlər hər gün PYD/PKK zülmünə məruz qalırlar. Təkcə yanvarın 19-da “asayiş polisləri” 4 erməni və 3 aysoru naməlum istiqamətə qaçırıb. Onların və daha sonra qaçırılan xristianların PYD/PKK düşərgələrində təlim gördüyü və Türkiyənin antiterror əməliyyatları apardığı Afrinə göndərildiyi qeyd edilib.

Bakıda qadın evindən 58 min dollar oğurlayıb sevgilisinə verdi

1 Fevral 2018 14:02

Yanvarın 30-da Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə rayon ərazisindəki mənzillərin birindən oğurluq edilməsi barədə müraciət daxil olub. DİN-nin mətbuat xidmətindən  verilən məlumata görə, polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və ötən il noyabrın 16-dan cari ilin yanvar ayının 27-dək olan müddətdə həmin mənzildəki seyfdən 57700 ABŞ dollarının oğurlanması məlum olub.

Bakıda qadın ərini izləyib məşuqəsi ilə yaxaladı - Gizli FOTOLARINI ÇƏKDİ - VİDEO

1 Fevral 2018 14:00

Bakıda qadın 12 illik ərinin xəyanətini öyrəndikdən sonra onu izləməyi qərara alıb. Qarşılaşdığı mənzərə isə qadını dərindən sarsıdıb.

Deputatdan sənədsiz evlərlə bağlı TƏKLİF

1 Fevral 2018 13:54

Milli Məclisin bugünkü iclasında deputat Elmira Axundova 2018-ci il yaz sessiyasının Qanunverici işlər planına salınması üçün qanunsuz tikililərlə bağlı təklif səsləndirib. Deputat öncə bildirib ki,Milli Məclisin 2018-ci il üzrə yaz sesiyasının Qanunvericilik işlər planı yüksək səviyyədə hazırlanıb. Daha sonra o, təkliflə çıxış edib:

Ziyafət Əsgərov Vəkillər Kollegiyasına qəbulda keçid balının aşağı salınmasına etiraz edib

1 Fevral 2018 13:50

"Ötən il “Məhkəmə Hüquq Şurası haqqında” qanuna dəyişiklik etdik. Dəyişikliyə əsasən, tək hakim olan rayonlarda hakim məzuniyyətə gedirsə, Məhkəmə Hüquq Şurası həmin rayona hakimləri ezam edə bilir. Yəni belə bir səlahiyyəti var. Əlbəttə ki, hakimlərin sayı ilə bağlı problem hələ də qalmaqdadır. Bu istiqamətdə işlər gedir.

Əflatun Amaşov: “Mətbuat Şurasının hüquqi statusuna yenidən baxılmalıdır”

1 Fevral 2018 13:51

Milli Məclisdə Mətbuat Şurası (MŞ) ilə bağlı ayrıca qanunun qəbul edilməsi, qurumun hüquqi statusunun dəyişdirilməsi təklif edilib. “Olaylar” xəbər verir ki, bu təklifi Milli Məclisin bu gün keçirilən iclasında MŞ sədri, deputat Əflatun Amaşov irəli sürüb.