Deputat təklif edir: “İşğalla bağlı qanun layihəsi hazırlansın”

Azərbaycanda işğalla bağlı qanun layihəsinin hazırlanması təklif edilib. “Olaylar” xəbər verir ki, bunu deputat Rövşən Rzayev Milli Məclisin bu gün keçirilən iclasında irəli sürüb. O qeyd edib ki, Milli Məclis bu sessiya bu qanun layihəsini hazırlamalıdır, buna ehtiyac var.

Azərbaycanda işğalla bağlı qanun layihəsinin hazırlanması təklif edilib. "Olaylar" xəbər verir ki, bunu deputat Rövşən Rzayev Milli Məclisin bu gün keçirilən iclasında irəli sürüb. O qeyd edib ki, Milli Məclis bu sessiya bu qanun layihəsini hazırlamalıdır, buna ehtiyac var. Deputat Azərbaycanın işğal olunmuş ərazisində yaradılan separatçı rejimin Azərbaycan yaşayış məntəqələrini işğal etməsinin ildönümlərini qeyd etməsi cəhdlərinə, həmsədr ölkələrdən ora səfər cəhdlərinin edilməsinə və s. bu kimi hallara qarşı hüquqi baza yaradılmasına ehtiyac olduğunu bildirib. O qeyd edib ki, bunun üçün işğal siyasəti ilə bağlı yeni qanun layihəsinin hazırlanmasına, bu sessiya bunun ərsəyə gətirilməsinə ehtiyac var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31