Gündəm
Tikintiyə dair tələbin tətbiqi müddəti 1 il uzadılıb
Milli Məclisin plenar iclasında "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" qanun layihəsinə dəyişiklik müzakirə edilib.
Reklamları icazəsiz dəyişdirənlər cərimələnəcək
Milli Məclisin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə yeni maddənin əlavə olunması müzakirə olunub.“Olaylar” ın məlumatına görə, təklif edilən 395.0.7-ci maddəyə əsasən, “Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan ölçülərindən asılı olmayaraq, açıq məkanda reklam qurğularının tikintisinə, quraşdırılmasına və onlara konstruktiv dəyişikliklərin edilməsinə” görə cərimələr müəyyənləşdirilir.Buna görə fiziki şəxslər 300 manatdan 500 manata, vəzifəli şəxslər 1500 manatdan 2500 manata, hüquqi şəxslər isə 10 000 manatdan 15 000 manata qədər cərimələnəcəklər. Layihə səsə qoyularaq qəbul edilib.
Niyə Şahin Şıxlinski?
Heç kimə sirr deyil ki, diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının birliyi, həmrəyliyi məfhumları Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə gəldikdən sonra dövlət siyasətində xüsusi yer tutmağa başladı.
Dövlət başçısı strateji baxımdan doğru qərar verdi
Məlum olduğu kimi bu il ölkəmizdə mühüm siyasi hadisələrdən biri, prezident seçkiləri keçiriləcək. Elə bu səbəbdən artıq bir xeyli müddətdir ki, ölkədə qeyri-rəsmi də olsa seçki ab-havası müşahidə edilir. Hətta 2017-ci ildən bir sıra müxalifət partiyaları cari ildə keçiriləcək prezident seçkiləri ilə bağlı öz mövqeyini ortaya qoyaraq seçkilərdə iştirak edəcəyini bəyan edib. Bəzi partiyalar isə hətta ilkin olaraq seçkilərdə mübarizə aparacaq namizəd də müəyyənləşdiriblər. Bu sırada Vətəndaş və İnkişaf Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası, Müsavat Partiyası, eləcə də digər siyasi partiyaların adını çəkmək olar. Bəzi partiyalar isə hələlik gözləmə mövqeyindədirlər. Yaxud seçkidə iştirak edib-etməmək barədə tərəddüd içərisindədirlər.
Xaricdə mədəniyyət axtaran daxili mədəniyyətsizlər
Bəşər yaranandan xalqlar bir-birindən çox sahələrdə fərqləniblər. Bu fərqlilik tarix boyu onları müşaiyət edərək hər millətin “boyuna, çəkisinə və yerinə” görə qəlibə salınıb. “Avropa mədəniyyəti”, “Şərq mədəniyyəti” adı etalon kimi götürülüb, eləcə də “qərbli”, “şərqli” anlayişları xüsusi əhəmiyyət kəsb edib.
Bəhram Bağırzadənin həkim xanımı və övladları - Fotolar
Əməkdar artist Bəhram Bağırzadənin bu dəfə ailəsi fotokameramıza tuş gəlib. Aktyorun xanımı Şəhla Bağırzadə, oğlu Cavid və qızı Tahirə kinoteatra yollanıblar.
Ölkədə sosial problemlərin həlli istiqamətində real addımlar atılmaqdadır
Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasət vətəndaşların maddi-rifah halının yüksəlməsinə hədəflənib. Dövlət başçısı İlham Əliyevin yürütdüyü iqtisadi siyasət nəticəsində əhalinin məşğulluq problemi muinimuma enib. Xatırladaq ki, son 14 il ərzində iki milyona yaxın yeni iş yeri açılıb ki, bu da ölkədə məşğulluq problemi və yoxsulluğun səviyyəsinin aşağı düşməsində müstəsna rol oynayıb. Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda prezident İlham Əliyev qeyd edib ki, vətəndaşların işlə təmin olunması prosesi davam etdiriləcək: “Biz 14 il ərzində ölkəmizdə 1,9 milyon iş yeri yaratmışıq ki, onlardan 1,4 milyonu daimi iş yeridir. Ancaq əhali 1,5 milyon nəfər artıb.
Vətəndaş məmnunluğuna daha bir töhvə
Ölkədə ədalət mühakiməsinin səmərəli həyata keçirilməsində məhkəmə qərarlarının icrası mühüm əhəmiyyət daşıyır. Çünki, icra işinin təkmilləşdirilməsi üzrə görülən tədbirlərin vətəndaşların hüquqlarının və qanuni mənafelərinin qorunmasına xidmət edir. İcra işinin səmərəliliyinin artırılması üzrə görülən tədbirlər, o cümlədən təsirli icra mexanizmlərinin tətbiqi və məhkəmə qərarlarının vaxtında və dürüst icrasının təmin olunması, həmçinin vətəndaş məmnunluğunu yüksəldir. Məhz bi baxımdan ölkə Prezidenti İlham Əliyevin ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına dair tapşırıqlarının icrası çərçivəsində məhkəmə qərarlarının icrası işi təkmilləşdirilir, bu məqsədlə əlavə təsirli tədbirlər görülür.
Prezident İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsidir ki,...
Hər bir ölkədə gənclər cəmiyyətin aparıcı qüvvəsidir. Bu mənada Azərbaycanda da gənclər cəmiyyətin bütün həyatında aktiv iştirak edirlər. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin başlıca məqsədi yeni nəslin fiziki, mənəvi-psixoloji cəhətdən sağlam yetişməsini, istedadlı gənclərin üzə çıxarılması və onların ölkənin gələcəyinə töhfə verməsini təmin etməkdir. Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov deyir ki, bu gün Azərbaycanda gənclər siyasəti uğurla davam etdirilir.
Qüdrət Həsənquliyev: “Vəkillər üçün keçid balı 60-dan 50-yə endirilsin”
Deputat Qüdrət Həsənquliyev Milli Məclisin plenar iclasında Vəkillər Kollegiyasına qəbulla bağı son imtahatnda bəhs etdi. O bildridi ki, hazırda Azərbaycanda hər 100 nəfərə 8 vəkil düşür: “Bizdən yuxarıda Bosniya-Hersoqovinada isə 34 nəfər düşür. Avropa ölkələrində isə vəkillərin sayı bizdən 40-45 dəfə çoxdur. Kollegiyaya üzvlüklə bağlı 2 minə qədər müraciət olmuşdu, çox təəssüf ki, cəmi 600 nəfər keçid balı topladı”.
ABŞ-Rusiya gərginliyi yeni mərhələdə
Cinsiyyəti məlum olmayan uşaq doğuldu
Bununla bağlı məlumat verən uroloq-cərrah Fuad Hüseynov bildirib ki, uşaq doğulduğunda cinsiyyət orqanında ciddi deformasiya olub. Belə ki, uşağın xayaları yerində olmayıb: “Xayaları yerində olmadığı üçün Mərkəzi Klinikanın uşaq endokrinoloqu Ülkər Seyidova tərəfindən cinsiyyəti təyin etmək üçün xromosom və digər analizlər istənildi. Analizlərin cavabı isə hər kəsi sevindirdi.
ATƏT sədri: "Rusiya regional münaqişələrin həllində vacib rol oynayır"
"ATƏT həlli gecikmiş münaqişələrin həllinə yardım etməyə davam edəcək". Məlumata görə, bunuATƏT-in fəaliyyətdə olan sədri, İtaliyanın xarici işlər naziri Ancelino Alfano rusiyalı həmkarıSergey Lavrovla keçirdiyi birgə mətbuat konfransında bildirib. O, rusiyalı həmkarı ilə keçirilən görüşdə ATƏT regionundakı münaqişələri müzakirə etdiyini vurğulayıb.
Türk ordusu şəhid verdi, 5 əsgər yaralandı
Hakkari vilayətində türk əsgəri şəhid olub. PKK terrorçuları tərəfindən Türkiyənin Hakkari vilayətinin Çukurca mahalına atılan raketin partlaması nəticəsində 1 əsgər şəhid olub, 5 əsgər yaralanıb.
Peterburqda 60 milyon dəyərində qızıl oğurlyan dəstə ilə polis atışdı VİDEO
Rusiyanın Sankt-Peterburq şəhərində yanvarın 31-də axşam saatlarında üç nəfər "Adamas" zərgərlik mağazasını yarıb. Hadisə yerinə gələn polislə soyğunçular arasında atışma yaşanıb.










.jpg)



