Vətəndaş məmnunluğuna daha bir töhvə

Ölkədə ədalət mühakiməsinin səmərəli həyata keçirilməsində məhkəmə qərarlarının icrası mühüm əhəmiyyət daşıyır. Çünki, icra işinin təkmilləşdirilməsi üzrə görülən tədbirlərin vətəndaşların hüquqlarının və qanuni mənafelərinin qorunmasına xidmət edir. İcra işinin səmərəliliyinin artırılması üzrə görülən tədbirlər, o cümlədən təsirli icra mexanizmlərinin tətbiqi və məhkəmə qərarlarının vaxtında və dürüst icrasının təmin olunması, həmçinin vətəndaş məmnunluğunu yüksəldir. Məhz bi baxımdan ölkə Prezidenti İlham Əliyevin ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına dair tapşırıqlarının icrası çərçivəsində məhkəmə qərarlarının icrası işi təkmilləşdirilir, bu məqsədlə əlavə təsirli tədbirlər görülür.

Məhkəmə qərarlarının vaxtında və dürüst icrası ədalət mühakiməsinin səmərəliliyini artırır
 

Ölkədə ədalət mühakiməsinin səmərəli həyata keçirilməsində məhkəmə qərarlarının icrası mühüm əhəmiyyət daşıyır. Çünki, icra işinin təkmilləşdirilməsi üzrə görülən tədbirlərin vətəndaşların hüquqlarının və qanuni mənafelərinin qorunmasına xidmət edir. İcra işinin səmərəliliyinin artırılması üzrə görülən tədbirlər, o cümlədən təsirli icra mexanizmlərinin tətbiqi və məhkəmə qərarlarının vaxtında və dürüst icrasının təmin olunması, həmçinin vətəndaş məmnunluğunu yüksəldir. Məhz bi baxımdan ölkə Prezidenti İlham Əliyevin ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına dair tapşırıqlarının icrası çərçivəsində məhkəmə qərarlarının icrası işi təkmilləşdirilir, bu məqsədlə əlavə təsirli tədbirlər görülür. Sirr deyil ki, əhalinin məhkəmələrə inamının təzahürü olaraq son illər baxılan işlərin sayının çoxalması icra xidmətində də iş həcminin əhəmiyyətli dərəcədə artmasına səbəb olub. Ədliyyə Nazirliyindən verilən məlumata görə, 2017-ci ildə icrası təmin edilən işlərin sayı 60 faizə çataraq 415 mini ötüb, fiziki, hüquqi şəxslərə və dövlət büdcəsinə, o cümlədən vergi borcları ilə bağlı 562 milyon manatdan çox vəsait ödətdirilib. Bundan əlavə hesabat dövründə aliment işləri üzrə təqribən 125 milyon manatın tələbkarlara ödənilməsi təmin edilib. İcra sənədlərinin icrasından qərəzli boyun qaçıran, icra məmurlarının qanuni tələblərini yerinə yetirməyən 4.245 nəfər inzibati məsuliyyətə cəlb edilib, o cümlədən 2.878 şəxs məhkəmələr tərəfindən inzibati qaydada həbs olunub, 391 şəxs barəsində cinayət işi başlanılıb. Ən əsası isə icra işləri ilə bağlı şikayət edən vətəndaşların sayı 30%-dək azalıb. Bütün sadlananlara baxmayaraq hələ də əhalinin məhkəmə qərarlarının icrası sahəsində hüquqi biliyinin kifayət qədər olmaması müəyyən anlaşılmazlıqlar yaradır. Məsələn, hələ də vətəndaşlar məhkəmə qərarlarının nə vaxt icraya yönəldilməsi ilə bağlı prosedur qaydalardan hali deyillər.
Hüquqşünas Rövşən Qasımov bildirib ki, Azərbaycan Respublikası qanunları ilə müəyyən edilmiş qaydada və müəyyən edilmiş müddət ərzində məhkəmə prosesi yekunlaşdıqdan, yəni məhkəmə baxdığı işlə bağlı qərar qəbul etdikdən sonra həmin qərardan yuxarı məhkəmə orqanına qanunvericliklə müəyyən edilmiş vaxt ərzində şikayət edilmədiyi təqdirdə qərar qüvvəyə minmiş hesab edilir və icraya yönəldilir. Məhkəmə qərarlarının icrası fəaliyyəti bir başa olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcraçılar Baş idarəsinə həvalə olunur. Belə ki, qətnamə hüquqi hərəkətin baş verməli yer üzrə icra olunmalıdır. İcranın hansı qaydada yəyata keçirilməsinə gəldikdə hüquqşünas qeyd edib ki, Ədliyyə Nazirliyi İcra baş idarəsinin hər bir Rayon(şəhər) üzrə İcra şöbələri fəaliyyət göstərməkdədirlər. Məhkəmə Qərarlarının icrası həmin şöbələrin əməkdaşlarından birinə, daha doğrusu İcra Məmuruna həvalə edilir. Azərbaycan Respublikası adından çıxan Qərarların icrası öhdələyini İcra Məmuru və onun aid olduğu orqan daşıyır. O cümlədən Məhkəmənin Qərarı ilə qərarın icrası qərarda adı göstərilən digər dövlət orqanlarına və təşkilatlara tapşırıla bilər. Yəni məhkəmə işinin mahiyyətindən asılı olaraq qərar ilə edilməli olan hərəkət həmin funksiyanı yerinə yetirən orqana və ya təşkilata tapşırılır. Məhkəmə qərarı icraya yönləndirmək üçün qərarı çıxaran hakim İcra sənədi hazırlayıb aidiyyatı üzrə İcra məmuruna və ya icranı həyata keçirən digər orqana, təşkilata göndərməlidir. Məhkəmə qərarını həll müddətinə toxunan hüquqşünas qeyd edib ki, icra sənədi almış İcra məmuru və ya orqan təşkilatlar 2 ay ərzində qərarı icra etməlidirlər. Müstəsna hallarda icra sənədində göstərilən halların icra olunması üçün icra qurumun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri tərəfindən 1 ay müdətinədək uzadıla bilər: "Məhkəmə qərarlarının icrası zamanı yaranan problemlərlə bağlı tərəf Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra baş idarəsinə, habelə icranı həyata keçirməli olan orqan və ya təşkilatın Yuxarı qurumuna qətnamənin icrasının həyata keçirilməsi tələbi ilə bağlı şikayət ərizəsi ilə müraciət edə bilər. Azərbaycan Respublikasının adından çıxan qərarların icrası məcburidir və bu yalnız Yuxarı Məhkəmə orqanın həmin qərarı ləğv etməsi ilə dayandırıla bilər. Xüsusilə qeyd etmək istəyirəm ki, məhkəmə qərarlarını icra etməməyə və məhməkə qərarlarının icrasına mane olmağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə qərarlarının icrası zamanı tərəflərdən birinə maddi ziyan vurulması halı aşkar edilərsə o zaman həmin maddi ziyan vurulmuş tərəf məhkəmədə İcranı həyata keçirən orqana qarşı Maddi tələblə bağlı İddia qaldırmaq hüququna malikdir".

Zəka

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31