Tikintiyə dair tələbin tətbiqi müddəti 1 il uzadılıb
Milli Məclisin plenar iclasında "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" qanun layihəsinə dəyişiklik müzakirə edilib.
1 Fevral 2018 15:26 SosialMilli Məclisin plenar iclasında "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" qanun layihəsinə dəyişiklik müzakirə edilib. "Olaylar" xəbər verir ki, layihəyə əsasən Azərbaycanda tikinti layihələrinin şəhərsalma sənədlərinin, o cümlədən müfəssəl planın müəyyənləşdirdiyi tələblərə uyğunluğuna dair tələbin tətbiqi müddəti uzadılıb. Qanun layihəsində şəhərsalma sənədlərinə uyğunluğun təmin edilməsi üçün tikinti layihələrinin şəhərsalma sənədlərinə uyğunluğuna dair Məcəllənin 11.1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müddəa, yəni, tikinti layihələri şəhərsalma sənədlərinin, o cümlədən müfəssəl planın müəyyənləşdirdiyi tələblərə uyğun olması Məcəllənin qüvvəyə mindiyi gündən 5 il sonra qüvvəyə minməli idisə, dəyişikliklə 5 il 6 il ilə əvəz edilib.