Dövlət başçısı strateji baxımdan doğru qərar verdi
Məlum olduğu kimi bu il ölkəmizdə mühüm siyasi hadisələrdən biri, prezident seçkiləri keçiriləcək. Elə bu səbəbdən artıq bir xeyli müddətdir ki, ölkədə qeyri-rəsmi də olsa seçki ab-havası müşahidə edilir. Hətta 2017-ci ildən bir sıra müxalifət partiyaları cari ildə keçiriləcək prezident seçkiləri ilə bağlı öz mövqeyini ortaya qoyaraq seçkilərdə iştirak edəcəyini bəyan edib. Bəzi partiyalar isə hətta ilkin olaraq seçkilərdə mübarizə aparacaq namizəd də müəyyənləşdiriblər. Bu sırada Vətəndaş və İnkişaf Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası, Müsavat Partiyası, eləcə də digər siyasi partiyaların adını çəkmək olar. Bəzi partiyalar isə hələlik gözləmə mövqeyindədirlər. Yaxud seçkidə iştirak edib-etməmək barədə tərəddüd içərisindədirlər.
1 Fevral 2018 15:18 SiyasətElxan Şahinoğlu: "Prezident Yeni Azərbaycan Partiyasının qurultayını gözləməyərək öz qərarını tez elan etməklə ölkəni xarici təhlükələrdən də qorumaq məcburiyyətində idi"
Məlum olduğu kimi bu il ölkəmizdə mühüm siyasi hadisələrdən biri, prezident seçkiləri keçiriləcək. Elə bu səbəbdən artıq bir xeyli müddətdir ki, ölkədə qeyri-rəsmi də olsa seçki ab-havası müşahidə edilir. Hətta 2017-ci ildən bir sıra müxalifət partiyaları cari ildə keçiriləcək prezident seçkiləri ilə bağlı öz mövqeyini ortaya qoyaraq seçkilərdə iştirak edəcəyini bəyan edib. Bəzi partiyalar isə hətta ilkin olaraq seçkilərdə mübarizə aparacaq namizəd də müəyyənləşdiriblər. Bu sırada Vətəndaş və İnkişaf Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası, Müsavat Partiyası, eləcə də digər siyasi partiyaların adını çəkmək olar. Bəzi partiyalar isə hələlik gözləmə mövqeyindədirlər. Yaxud seçkidə iştirak edib-etməmək barədə tərəddüd içərisindədirlər.
Bu arada uzun müddət cəmiyyətdə, daha doğrusu müxalifət cameəsində müzakirə edilən başlıca məsələlərdən biri hakimiyyətin namizədinin kimliyi ilə bağlı idi. Bəzi siyasi partiyalar hazırkı dövlət başçısı Cənab İlham Əliyevin yenidən prezidentliyə namizədliyini irəli sürməyəcəyini iddia edir, seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının yeni bir namizədlə mübarizəyə qoşulacağını proqnozlaşdırırdılar. Bəlkə də hələlik seçkidə iştiraka tərəddüd edən müxalifət partiyaları bundan dolayı prezident seçkiləri ilə bağlı qərar verməyə tələsmirdilər. Ancaq fevralın 1-də Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədovun hakim partiyanın prezidentliyə namizədinin adını açıqlaması bir daha müxalifətin iddiaları və proqnozlarının əsassızlığını sübuta yetirdi. Belə ki, Yeni Azərbaycan Partiyasının icra katibi, baş nazirin müavini Əli Əhmədovun hakim partiyanın prezidentliyə namizədinin dövlət başçısı İlham Əliyev olacağını açıqlaması son illərdir aparılan şayiələrə son qoydu. Məsələ ilə bağlı fikirlərini bölüşən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, Əli Əhmədovun açıqlaması razılaşdırılmış qərarın anonsu idi: "Prezident İlham Əliyev bir il əvvəl xanımı və Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevanı birinci-vitse prezident təyin etdi. Bundan sonra gələcək prezident seçkisində hakimiyyətin namizədinin Mehriban Əliyevanın da ola biləcəyi müzakirələri genişləndi. Ancaq bunun üçün Mehriban Əliyevanın namizədliyini İlham Əliyev irəli sürməliydi. Bu ehtimal çox az idi, ancaq var idi, siyasi kuluarlarda müzakirə olunurdu. Mehriban Əliyevanın reytinqi əhali arasında yüksəkdir. Yəni Mehriban Əliyevanın namizədliyi irəli sürülsəydi, onun da İlham Əliyev kimi prezident seçilməsi şansı yüksək idi. Buna baxmayaraq, İlham Əliyev özü prezident olacağına qərar verdi". Elxan Şahinoğlu hesab edir ki, bunun 3 önəmli səbəbi var: "Birincisi, dövlət başçısı strateji baxımdan doğru qərar verdi, bu qərarını çox uzada bilməzdi. Çünki, hakimiyyətin namizədi kim olacaq - sualı ətrafındakı qeyri-müəyyənlik hakimiyyət içində gərəksiz müzakirələrə səbəb olur, qruplararası fikir ixtilafını dərinləşdirirdi. Hakimiyyət içindəki bəzi qruplar Mehriban Əliyevanın namizədliyinin irəli sürülməsindən ehtiyat edir, mövqelərini qorumaq üçün müxtəlif təhlükəli oyunlara qoşula bilərdilər. Bu isə hakimiyyətin özü üçün və dövlətin təhlükəsizliyinə müəyyən problemlər yarada bilərdi. İlham Əliyevin qərarı bu qrupları rahatlaşdırdı və onlar bu qərara uyğun fəaliyyətlərinə davam edəcəklər. Hakimiyyətin monolitliyi qorundu. Ancaq prezident həm seçkidən əvvəl, həm də sonra hakimiyyətdəki fiqurları dəyişməkdə davam edəcək. İkincisi, prezident İlham Əliyev böyük iqtisadi, enerji və nəqliyyat layihələrin başlanğıcını qoyub və onların reallaşmasını, o cümlədən gəlir gətirən dövrünə özü şahidlik etmək istəyir. Bu layihələrin icrası həm Azərbaycanın gəlirlərini artıracaq, həm insanların sosial və iqtisadi problemlərinin həllini sürətləndirəcək, həm də Azərbaycanın bölgədəki nüfuzunu yüksəldəcək. Ancaq bütün bunlar 3-5 il ərzində baş verəcək. Ona görə də həmin dövrə İlham Əliyev özü ölkəyə rəhbərlik etmək istəyir ki, bu onun nüfuzunun daha da artmasına şərait yaradacaq. Üçüncüsü, Azərbaycanda maraqları olan bır sıra ölkələr də ölkəmizdəki seçkiqabağı vəziyyəti təhlil edir, "kimə stavka edək" kimi təhlükəli oyunlara baş vurmaq ərəfəsində idilər. Prezident Yeni Azərbaycan Partiyasının qurultayını gözləməyərək öz qərarını tez elan etməklə ölkəni xarici təhlükələrdən də qorumaq məcburiyyətində idi".
Məhəmməd