Gündəm
Qarabağda “Zeytun budağı” əməliyyatı: Bakının bu addımı İrəvanı QORXUYA SALDI
Aygün Natavanla barışmağından danışdı
Xalq artisti Aygün Kazımova 9 ildən sonra barışdığı həmkarı Natavan Həbibi barədə açıqlama verib. Kazımova sənətçi ilə səmimi barışdıqlarını qeyd edib. O, "Çox gözəl atmosferdə səmimi barışıq oldu. Hamıya barışıq arzu edirəm" deyərək yayılan xəbərlərə qısa münasibət bildirib: Məşhur müğənni ötən həftə ad gününü qapalı keçirməsinin səbəbini də açıqlayıb: "Hər dəfə sənət dostlarım iştirak edib, mediaya açıq olub. Amma bu dəfə belə keçirmək istədim".
Kənd təsərrüfatının inkişaf etdirilməsi ərzaq təhlükəsizliyinin təminatında mühüm rol oynayır
Azərbaycanda son illər ərzində uğurla inkişaf edən sahələrdən biri də kənd təsərrüfatıdır. Həm dövlətin bu sahəyə diqqət və qayğısı, həm də kənd təsərrüfatı məhsullarına artan tələbat bu sahəyə xüsusi diqqət yetirilməsini zərurətə çevirir. Hazırda ölkəmizdə kənd təsərrüfatının inkişafı elə bir səviyyəyə çatıb ki, əhalinin əksər məhsullara olan tələbatı məhz yerli istehsal hesabına ödənilir. Bu sahədə əldə edilən müsbət nəticələr hətta xaricə kənd təsərrüfatı məhsulları ixrac etməyə də imkan verir.
Milli Məclisdə restoran söhbəti
"Restoranlarda keçirilən toylarda bahalı yeməkləri süfrəyə gətirməyi sona saxlayırlar. Bununla da restoran sahibləri öz vəsaitinə qənaət edir.”“Olaylar” ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib. Deputat qeyd edib ki, toya əgər 400 nəfər adam dəvət olunubsa, 35 manatlıq balıq kababının pulu qonaqların hamısından alınmış olsa da, sonda həmin kabablar 200 nəfərə verilir: “Həmçinin restoranlarda kondisionerləri söndürmürlər. Adam da toyda boynunun tutulduğunu hiss edir və salonu tərk edir.
Elmira Axundovadan 14 yaşına çatmayanlarla bağlı qadağaya etiraz
Milli Məcliisn bu günkü iclasında deputat Elmira Axundova “Dərman vasitələri haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə dair təklif səsləndirib. “Olaylar” ın məlumatına görə, E.Axundova deyib ki, bu qanun layihəsinin 13-cü, “Dərman vasitələrinin buraxılması” haqqındakı maddəsində edilən dəyişikliklər zərurətdən doğur və məntiqlidir: “Başa düşürəm elə dərman vasitələri var ki, onu reseptsiz olaraq heç kimə və eləcə də 14 yaşına çatmamış yeniyetmələrə satmaq təhlükəlidir.
Deputat: “Təhsildə irəliləyişə nail olmamışıq”
“Bu gün Milli Məclisdə müzakirəyə çıxarılan “Peşə təhsili haqqında” qanun layihəsi olduqca vacib əhəmiyyət daşıyır”.“Olaylar”ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov bildirib.V.Əhmədov deyib ki, “Təhsil haqqında” qanun çərçivə qanunudur: “Biz vaxtilə “Təhsil haqqında” qanunu qəbul edəndə Azərbaycanda bir sıra islahatlara ehtiyac var idi.
Bu da "Moşu"nun heç yerdə görmədiyiniz oğlu
"Bəxt üzüyü” filmində "Moşu” obrazı ilə tanınan xalq artisti Valeh Kərimovun oğlu Emil Kərimov kameramıza tuş gəlib. Açıqlama verən Emil atasının ona dəstək olduğunu bildirib: "Mən özüm Bakı Dövlət Universitetində Riyaziyyat fakültəsində təhsil almışam. Amma özüm 12 ildir AZTV-də çalışıram. Demək olar ki, mən də bu sənətə yaxınam. Atamın sahəsində işə düzəlmişəm, hər kəs mənə hörmətlə yanaşır".
Afrində öldürülən terrorçuların sayı 790-a çatıb
Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin şəhərində davam etdirdiyi anti-terror əməliyyatı nəticəsində öldürülən terrorçuların sayı açıqlanıb. TSQ Baş Qərargahı bu barədə məlumat yayaraq öldürülən İŞİD və PKK üzvlərinin 790 nəfər olduğunu bildirib.
Komitə sədri: “Bunun nə mənası var?”
“Yazırlar, müdafiə edirlər, elmlər namizədi olurlar. Deyirlər ki, buna əlavə əməkhaqqı verilməlidir. O zaman əlavə pul verilməlidir ki, cəmiyyətə, dövlətə nəsə xeyri olsun. Dövlətə xeyri yoxdursa, bunun nə mənası var? Elmin cəmiyyətə xeyri olmalıdır”. “Olaylar” ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov “Peşə təhsili haqqında” qanunun müzakirəsi zamanı deyib. S.Novruzov qeyd edib ki, peşə ixtisas təhsilinə diqqət yetirmək lazımdır: “Yeni ixtisaslı kadrların hazırlanmasına böyük ehtiyac var. SOCAR-ı çıxmaq şərtilə digər təşkilatlarda belə kadrların hazırlanması gündəmdə yoxdur. Bu, çox vacib məsələdir”.
MM “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna əlavə etdi
Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna əlavə müzakirəyə çıxarılıb.“Olaylar”ın məlumatına görə, layihə barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.
Azərbaycanın inkişafı ilə gəncliyin önündə böyük qapılar açılıb
Artıq 20 ildən çoxdur ki, Azərbaycanda hər il 2 fevral tarixi Gənclər Günü kimi qeyd edilir. Ümummilli lider Heydər Əliyevin gənclərə bəxş etmiş olduğu bu tarixi gündə gənclər bir araya gəlir, görülən işləri təhlil edir, gələcəklə bağlı planlarını müəyyənləşdirirlər. Bu gün ölkənin çoxsaylı gənclər ordusu belə bir tarixi anın, günün onlara bəxş edilməsinə görə ümummilli lideri ehtiramla yad edir, onun ideyalarını davam etdirir. Bu ideyalar isə dövlətə, dövlətçiliyə bağlılıqdır.
Şamaxı və İsmayıllının turist marşrutu xəritəsi hazırlanıb
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Şamaxı və İsmayıllı rayonlarını əhatə edən, rus və ingilis dillərində regional turist marşrutları xəritəsi hazırlanıb. “OLAYLAR” xəbər verir ki, Şamaxı və İsmayıllı rayonlarına səyahət edən turistlər bu xəritə vasitəsi ilə regionun abidələri, kempinq əraziləri və turist düşərgələri, tarixi məkanları, regionun mətbəxi haqqında ətraflı məlumat əldə edə bilər. Bələdçi xəritəsi görməli yerlərə (qədim məscidlər, körpülər, mədəni mərkəzlər və muzeylər) ən qısa marşrutu tapmağa köməklik etməklə rayonda olan mehmanxanalar, istirahət zonaları və restoranlar haqqında məlumatı əhatə edir.
SOCAR Neft Emalı Zavodunda yeni qurğuların tikintisi üzrə müqavilə imzalayıb
SOCAR Maire Tecnimont şirkəti ilə Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda yeni qurğuların tikintisi üzrə müqavilə imzalayıb. “OLAYLAR” SOCAR-a istinadən xəbər verir ki, müqaviləyə əsasən Heydər Əliyev adına Neft Emalı Zavodunun modernizasiyası və rekonstruksiyası layihəsinin bir hissəsi kimi müəssisədə EPC sabit qiymət prinsipləri əsasında yeni qurğuların tikintisi həyata keçiriləcək.
14 yaşı tamam olmamış şəxslərə dərman satışı qadağan edildi
Azərbaycanda 14 yaşı tamam olmamış şəxslərə dərman vasitələrinin buraxılması qadağan edilib.“Olaylar” xəbər verir ki, Milli Məclisin iclasında “Dərman vasitələri haqqında” qanuna əlavə layihəsi müzakirə olunub.Qanuna təklif edilən 13.3-1 bəndinə görə, ölkədə 14 yaşı tamam olmamış şəxslərə dərman vasitələrinin buraxılması qadağan edilir. Layihə səsə qoyularaq qəbul olunub.
Onlarda toya qırmızı geyinmək təhlükəlidir – PİS BAŞA DÜŞƏRLƏR!
Kulis.az dünyanın ən qəribə toy adətlərini təqdim edir.














