Kənd təsərrüfatının inkişaf etdirilməsi ərzaq təhlükəsizliyinin təminatında mühüm rol oynayır

Azərbaycanda son illər ərzində uğurla inkişaf edən sahələrdən biri də kənd təsərrüfatıdır. Həm dövlətin bu sahəyə diqqət və qayğısı, həm də kənd təsərrüfatı məhsullarına artan tələbat bu sahəyə xüsusi diqqət yetirilməsini zərurətə çevirir. Hazırda ölkəmizdə kənd təsərrüfatının inkişafı elə bir səviyyəyə çatıb ki, əhalinin əksər məhsullara olan tələbatı məhz yerli istehsal hesabına ödənilir. Bu sahədə əldə edilən müsbət nəticələr hətta xaricə kənd təsərrüfatı məhsulları ixrac etməyə də imkan verir.

Azərbaycanda son illər ərzində uğurla inkişaf edən sahələrdən biri də kənd təsərrüfatıdır. Həm dövlətin bu sahəyə diqqət və qayğısı, həm də kənd təsərrüfatı məhsullarına artan tələbat bu sahəyə xüsusi diqqət yetirilməsini zərurətə çevirir. Hazırda ölkəmizdə kənd təsərrüfatının inkişafı elə bir səviyyəyə çatıb ki, əhalinin əksər məhsullara olan tələbatı məhz yerli istehsal hesabına ödənilir. Bu sahədə əldə edilən müsbət nəticələr hətta xaricə kənd təsərrüfatı məhsulları ixrac etməyə də imkan verir.

Qeyd etdiyimiz kimi ölkədə kənd təsərrüfatının inkişafını şərtləndirən başlıca amil dövlətin bu sahəyə olan diqqət və qayğısıdır. Hər il Sahibkarlığa Kömək Milli Fondundan fermerlərə güzəştli kreditlərin ayrılması, onlara subsidiyaların verilməsi öz növbəsində bu sahə ilə məşğul olan iş adamları, sahibkarlarda da bir stimul yaradır. Sevindirici hal ondan ibarətdir ki, istər kənd təsərrüfatı, istərsə də digər sahələrə yönəlik tədbirlər, atılan addımlar kampaniya xarakteri daşımır və bu dövlətin başlıca prirotetidir. Elə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin ötən illər ərzində müntəzəm olaraq regionlara etdiyi səfərlər zamanı kənd təsərrüfatında konkret sahələrin inkişaf etdirilməsinə dair keçirdiyi müşavirələr, həmçinin bir müddət sonra həmin sahələrlə bağlı Dövlət Proqramının qəbul edilməısi deyilənlərin təsdiqidir ki, kənd təsərrüfatının inkişafı günümüzdə əsas diqqət mərkəzində olan məsələlər sırasındadır.

Bu günlərdə Regionların sosial-iqtisadi inkişafına dair 2014-2018-ci illər Dövlət Proqramının icrasının yekunlarına həsr olunmuş konfransda çıxışı zamanı da Prezident İlham Əliyev bir daha sözügedən məsələyə toxunaraq ölkədə kənd təsərrüfatının inkişaf etdirilməsinin prioritet olduğunu diqqət çatdırdı. Dövlət başçısı bildirdi ki, bu sahənin daha da inkişaf etdirilməsi üçün fermerlərə istənilən şərait yaradılacaq, onlar üçün kənd təsərrüfatı texnikası alınacaq: "Kənd təsərrüfatı texnikası ilə bağlı bu il 160 milyon manat vəsait nəzərdə tutulub. Keçən il 10 min texnika gətirilmişdir. Bu il də bu proses davam etdiriləcək, müxtəlif texnikalar - taxılbiçən, pambıqyığan kombaynlar, traktorlar, qoşqular, digər xüsusi texnikalar alınacaqdır, vəsait də nəzərdə tutulubdur. Nisbətən yeni kənd təsərrüfatı məhsulları üçün də xüsusi texnika tələb olunur. Çəltikçilik, çuğundurçuluq, çayçılıq üçün indi müasir maşınlar, mexanizmlər var ki, insan əməyini yüngülləşdirir və məhsuldarlığı artırır. Bunlar da alınmalıdır. Bu il gübrənin alınması üçün subsidiyaların həcmi artırılacaq. Bu göstəriş verilib, indi sənədlər hazırlanır. Çünki məhsuldarlığa çox təsir edən amillərdən biri dəgübrənin verilməsidir. Biz bu məsələyə kompleks şəkildə yanaşırıq. Suvarma işləri, texnika, gübrələr və pestisidlər, hamısını biz gərək elə təşkil edək ki, məhsuldarlıq artsın. Keçən il pestisid fabrikinin işə düşməsi nəticəsində biz özümüzü bu məhsulla təmin etmiş oluruq və xaricə valyuta daha getməyəcək. Qeyd etdiyim kimi, pivot suvarma sistemlərinin istehsalı ölkəmizdə başlayır".

Diqqət çəkən xüsusi məqam ondan ibarətdir ki, kənd təsərrüfatında inkişaf müxtəlif istiqamətləri özündə ehtiva edir. Yaınız pambıq, taxıl, yaxud sitrus meyvələri deyil, hər bir ərzaq məhsulunun istehsalı diqqətdə saxlanılır, bu istiqamətdə tədbirlər görülür. Çoxtərəfli inkişaf isə öz növbəsində ölkədə ərzaq təhlükəsizliyinin təmin olunmasına xidmət edir. Təsadüfi deyil ki, prezident İlham Əliyev konfransda çıxışı zamanı ərzaq təhlükəsizliyinin təmin olunmasının diqqət mərkəzində saxlanıldığını vurğulayıb: "Ərzaq təhlükəsizliyi məsələləri daim diqqət mərkəzindədir. Son illərdə bu istiqamətdə irəliləyiş var, amma hələ ki, bizi tam qane edə bilməz. Ona görə bu məsələyə xüsusi diqqət göstərilməlidir. Deməli, biz kənd təsərrüfatının ənənəvi olan vəmüəyyən dərəcədə unudulmuş texniki sahəsini inkişaf etdirməyə o vaxt başlamışıq ki,ərzaq təhlükəsizliyi məsələlərinə güclü təkan verildi. Ancaq biz yenə də bu məsələ ilə bağlı çox ciddi işləməliyik".

Kənd təsərrüfatında mühüm bir yeri aqroparkların yaradılması tutur ki, son illərdə bu istiqamətdə də ciddi tədbirlər həyata keçirilib. Elə aqroparkların da yaradılması öz növbəsində ərzaq təhlükəsizliyinin təmin edilməsinə öz müsbət təsirini göstərir. Hazırda da bu istiqamətdə işlər davam etdirilməkdədir. Dövlət başçısının da konfransda qeyd etdiyi kimi hazırda 28 rayonda 43 aqroparkın yaradılması nəzərdə tutulur. Onlardan bir neçəsi artıq fəaliyyətə başlayıb: "Onlardan 27-si bitkiçilik, 16-sı isə heyvandarlıq üzrə aqroparklardır. Mən hesab edirəm ki, bu aqroparklar nəticəsində biz ərzaq təhlükəsizliyi ilə bağlı olan əsas məsələləri həll edəcəyik. Bu aqroparklarda ət, quş əti, süd, yem, buğda, arpa, soya istehsalı da nəzərdətutulur. Bu aqroparklara 183 min hektar torpaq ayrılıb. Burada biz çox yüksək məhsuldarlıq gözləyirik. Misal üçün, taxılçılıqda hektardan məhsuldarlıq 50 sentnerdən aşağı olmamalıdır. Belə də olacaq. Çünki indi bizim iri fermer təsərrüfatlarımızda, - hansı ki, dövlət dəstəyi ilə yaradılıb, - hektardan məhsuldarlıq 45-50 sentner və bəzən ondan da yüksəkdir. Ona görə biz buna nail olsaq, onda xaricdən asılılıq tamamilə aradan götürüləcək".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31