SOCAR Neft Emalı Zavodunda yeni qurğuların tikintisi üzrə müqavilə imzalayıb

SOCAR Maire Tecnimont şirkəti ilə Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda yeni qurğuların tikintisi üzrə müqavilə imzalayıb. “OLAYLAR” SOCAR-a istinadən xəbər verir ki, müqaviləyə əsasən Heydər Əliyev adına Neft Emalı Zavodunun modernizasiyası və rekonstruksiyası layihəsinin bir hissəsi kimi müəssisədə EPC sabit qiymət prinsipləri əsasında yeni qurğuların tikintisi həyata keçiriləcək.

SOCAR Maire Tecnimont şirkəti ilə Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda yeni qurğuların tikintisi üzrə müqavilə imzalayıb. "OLAYLAR" SOCAR-a istinadən xəbər verir ki, müqaviləyə əsasən Heydər Əliyev adına Neft Emalı Zavodunun modernizasiyası və rekonstruksiyası layihəsinin bir hissəsi kimi müəssisədə EPC sabit qiymət prinsipləri əsasında yeni qurğuların tikintisi həyata keçiriləcək.

SOCAR Tower-də keçirilən imzalanma mərasimində hər iki tərəfdən yüksək vəzifəli şəxslər, həmçinin İtaliyanın Azərbaycandakı səfiri cənab Auqusto Massari iştirak ediblər. Müqaviləni Heydər Əliyev adına NEZ-in direktoru Elman İsmayilov və "Maire Tecnimont S.p.A." şirkətlər qrupunun baş icraçı direktoru Pierroberto Folgiero imzalayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31