Gündəm
Dünya telekommunikasiya bazarında olan yeniliklər ölkəmizdə tətbiq edilir
Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayder şirkəti “AzerTelecom” MMC korporativ müştərilərə müasir telekommunikasiya xidmətləri təklif edir. Şirkətin ictimaiyyətlə əlaqələr departamentindən “OLAYLAR”-a verilən məlumata əsasən, “AzerTelecom” MMC-nin xidmət portfoliosunda mövcud olan telekommunikasiya xidmətləri korporativ müştərilərə imkan verir ki, onlar rahat və etibarlı şəkildə müasir İKT xidmətlərindən yararlana bilsinlər.
Xırdalanda içməli su təchizatı və kanalizasiya infrastrukturu yenidən qurulur
"Azərsu” Açıq Səhmdar Cəmiyyəti Abşeron yarımadasında əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə layihələrin icrasını davam etdirir. Səhmdar Cəmiyyətin mətbuat xidmıətindən “OLAYLAR”-a bildirilib ki, Azərbaycan Hökuməti və Səudiyyə İnkişaf Fondunun birgə maliyyələşdirdiyi layihə çərçivəsində Xırdalan şəhərində içməli su təchizatı və kanalizasiya infrastrukturunun yenidən qurulması işləri uğurla davam etdirilir. Layihə 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla Xırdalan şəhərində 200 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb.
Baytarlıq Xidməti: İran və İraqdakı "quş qripi"nin Azərbaycana təhlükəsi yoxdur
İran və İraqda "quş qripi"nin geniş yayılmasının Azərbaycana təhlükəsi yoxdur. Bunu Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat katibi Yolçu Xanvəli deyib. Onun sözlərinə görə, Azərbaycan İrandan diri quş, quş əti, yumurta və digər quş məhsullarının idxalını ötən ilin mart ayından qadağan edib: “İraqdakı "quş qripi"nə gəldikdə isə Azərbaycan bu ölkədən quş əti və digər məhsullar idxal etmir”.
Sarkisyanın varisi Moskvaya getdi
Ermənistan Respublikaçılar Partiyasının prezidentliyə namizəd irəli sürdüyü Armen Sarkisyan Moskvaya səfər edib. Bu barədə A.Sarkisyanın media-qərargahı məlumat yayıb. Məlumata görə, səfər çərçivəsində o, Rusiya Federasiyasındakı erməni diasporunun nümayəndələri ilə görüşəcək. Həmçinin qeyd edilir ki, ən yaxın günlərə namizədin erməni icmasının digər təbəqələri ilə görüşləri də planlaşdırılıb.
Əli Əhmədov: Prezident İlham Əliyevin cəmiyyətdə yüksək nüfuzu seçkilərdə qələbəsinə əsas yaradır
Yeni Azərbaycan Partiyasının (YAP) gəncləri Prezident İlham Əliyevin seçkilərdə qələbə qazanmasına öz töhfələrini verəcəklər. Məlumata görə, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov deyib.
Regionların sosial-iqtisadi inkişafı dövlət siyasətinin prioritetinə çevrilib
Dinamik inkişafını uğurla davam etdirən Azərbaycan regionda liderlik mövqeyini və beynəlxalq imicini gündən-günə möhkəmləndirir. Adambaşına düşən büdcə xərclərinə görə Azərbaycan nəinki MDB məkanında, bütövlükdə dünya miqyasında çox yüksək yer tutur. Etiraf edilməlidir ki, belə bir naliyyətin əldə edilməsində ölkədə həyata keçirilən regionların sosial-iqtisadi inkişaf proqramları əhəmiyyətli rol oynayır. Qürurverici haldır ki, Azərbaycan dövləti bütün bölgələrin inkişafı üçün əməli tədbirlər görür, ölkə regionlarının sosial-iqtisadi inkişafı proqramı uğurla həyata keçirilir.
AXC – nin 100 illiyi ilə bağlı xüsusi iclas keçiriləcək
Fevralın 1-də Milli Məclisin yaz sessiyasının ilk iclası keçirilib. Azərbaycanın dövlət himninin səsləndirilməsilə öz işinə başlayan iclasda spiker Oqtay Əsədov payız sessiyası haqqında məlumat verərək bildirib ki, parlament prezident İlham Əliyevin həyata keçirdiyi quruculuq işşlərinin hüquqi bazasını yaradıb. Ümidvar olduğunu bildirib ki, yaz sessiyası da səmərəli olacaq: "Əminəm ki, Milli Məclisin yaz sessiyasında da uğurla işləyəcəyik. Məlum olduğu kimi Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında sərəncam imzalayıb.
Vanqa ilə bağlı bilmədiyiniz GERÇƏKLƏR - 14 MÜƏMMA
Dünyanın ən böyük və ən sirli kahinlərindən biri olan “Balkanların Nostradamusu” ləqəbli Vanqanın həyatı hər kəsin maraq dairəsindədir.
ETSN: Sürüşmələr aktivləşib, bir neçə yerdə yeni sürüşmə sahələri yaranıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) sürüşmə sahələrində vəziyyəti açıqlayıb. ETSN-nin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib ki, “Teleqüllə” sürüşmə sahəsinin torpaq qatında eni görünən dərinliyi 5-6, uzunluğu 60-70 metr olan çatlar yaranıb, ay ərzində prosesin dinamikasında nisbi aktivlik baş verib. Onun sözlərinə görə, Zığ sürüşmə sahəsində atmosfer yağıntıları və texnogen amillərin təsirindən nisbi aktivlik müşahidə edilib: “Masazır qəsəbəsində “Zəli gölü” adlanan ərazidə və Nübar qəsəbəsində atmosfer yağıntılarının və texnogen amillərin təsirindən sürüşmə - çökmə sahələrində aktivlik qeydə alınıb”.
Mərkəzi Bank ölkədə rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə yeni bir layihəyə start verib
Azərbaycan Mərkəzi Bankı (AMB) ölkənin milli ödəniş sistemi infrastrukturunun təkmilləşdirilməsi, istifadə effektivliyinin yüksəldilməsi və iqtisadiyyatda nağdsız ödənişlərin çəkisinin artırılması istiqamətində tədbirlərini davam etdirir. AMB-dən verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə rəqəmsal ödənişlərin genişləndirilməsi istiqamətində hədəflər müəyyənləşdirilib və bu hədəflər üzrə Azərbaycan Respublikasının Mərkəzi Bankı əsas icraçı təyin edilib.
MTRŞ əhaliyə müraciət edib
Milli Televiziya və Radio Şurasının (MTRŞ) yanvarın 30-da keçirilən iclasında AzTV və Mədəniyyət kanallarının Bakı şəhəri və Abşeron yarımadası ərazisində HD formatında yayıma keçməsi ilə əlaqədar olaraq, yerüstü TV yayımı üçün bu ərazidə əlavə olaraq 31-ci TV kanalının istifadə olunması və TV proqramlarının yeni paketlərinin yaradılması qərara alınıb.
Rusiya FHN rəhbəri: "Əminik ki, "Vostok" gəmisinin ekipajı sağdır"
"Yapon dənizində batan "Vostok" balıqçı gəmisinin axtarışları davam etdiriləcək". Məlumata görə, bunu Rusiyanın fövqəladə hallar naziri Vladimir Puçkov deyib. O bildirib ki, "Vostok" gəmisinin axtarışları nə qədər lazımdırsa, o qədər davam edəcək: "Əminik ki, gəminin ekipajı sağdır. Xilasetmə əməliyyatını nə qədər tələb olunrusa, o qədər aparacağıq". Nazir hazırda genişmiqyaslı axtarış əməliyyatının həyata keçirildiyini, FHN-nin aviasiyasının hadisə yerində işlədiyini söyləyib. Onun sözlərinə görə, rayonda müşahidə olunan hava şəraiti xilasedicilərin işini çox çətinləşdirir.
Türkiyənin əmək və sosial müdafiə naziri Əlillərin Bərpa Mərkəzində olub
Türkiyə Respublikasının əmək və sosial müdafiə naziri xanım Jülide Sarıeroğlu ölkəmizə səfəri çərçivəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika Əlillərin Bərpa Mərkəzinə gələrək, burada əlilliyi olan şəxslər üçün yüksək standartlar səviyyəsində yaradılmış reabilitasiya şəraiti ilə tanış olub.
Türkiyə nümayəndə heyəti Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
Ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının əmək və sosial müdafiə naziri xanım Jülidə Serıeroğlunun başçılıq etdiyi nümayəndə heyəti Fəxri xiyabana gələrək Azərbaycan xalqının ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.














