Xırdalanda içməli su təchizatı və kanalizasiya infrastrukturu yenidən qurulur
"Azərsu” Açıq Səhmdar Cəmiyyəti Abşeron yarımadasında əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə layihələrin icrasını davam etdirir. Səhmdar Cəmiyyətin mətbuat xidmıətindən “OLAYLAR”-a bildirilib ki, Azərbaycan Hökuməti və Səudiyyə İnkişaf Fondunun birgə maliyyələşdirdiyi layihə çərçivəsində Xırdalan şəhərində içməli su təchizatı və kanalizasiya infrastrukturunun yenidən qurulması işləri uğurla davam etdirilir. Layihə 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla Xırdalan şəhərində 200 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb.
1 Fevral 2018 16:52 Sosial"Azərsu" Açıq Səhmdar Cəmiyyəti Abşeron yarımadasında əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə layihələrin icrasını davam etdirir. Səhmdar Cəmiyyətin mətbuat xidmıətindən "OLAYLAR"-a bildirilib ki, Azərbaycan Hökuməti və Səudiyyə İnkişaf Fondunun birgə maliyyələşdirdiyi layihə çərçivəsində Xırdalan şəhərində içməli su təchizatı və kanalizasiya infrastrukturunun yenidən qurulması işləri uğurla davam etdirilir. Layihə 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla Xırdalan şəhərində 200 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb.
Layihənin birinci mərhələsi üzrə işlərə 2017-ci ilin iyul ayında başlanıb.
Xırdalan şəhərində 168 km olan paylayıcı su şəbəkəsinin tikintisi və 21170 ev birləşməsinin verilməsi, abonentlərin sayğaclarla təmin olunması nəzərdə tutulub. Artıq paylayıcı su şəbəkəsinin 48 km-lik hissəsində işlər yekunlaşıb və ev birləşmələrinin verilməsinə başlanılıb. Yanğın təhlükəsizliyi məqsədilə şəbəkə üzərində 570 yanğın hidrantının quraşdırılması da nəzərdə tutulub.Eyni zamanda Xırdalan şəhərinin kanalizasiya infrastrukturu da yenidən qurulur. İnşası nəzərdə tutulan 109 km uzunluğunda kanalizasiya şəbəkəsinin indiyədək 21 km-lik hissəsi tikilib.
Layihə üzrə tikinti-quraşdırma işlərinin 2019-cu ildə başa çatdırılması planlaşdırılır.