Gündəm

AMEA Naxçıvan Bölməsində dissertasiya mövzuları təsdiq edilib

1 Fevral 2018 17:59

AMEA Naxçıvan Bölməsində Rəyasət Heyətinin ümumi yığıncağı bölmənin elmi-tədqiqat müəssisələrinin fəlsəfə və elmlər doktorluğu hazırlığı üzrə doktorantura və dissertantura qəbulunun nəticələrinə həsr olunub.  Əvvəlcə bölmənin sədri, akademik İsmayıl Hacıyev iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.

İşğal planı niyə BAŞ TUTMADI? – Rusiyalı şərhçidən sensasiyalı İDDİALAR

1 Fevral 2018 17:50

“Fərdi sanksiyaların tətbiqi olmadan dərc edilmiş “Kreml məruzəsi” hədəfin optik nişanla işarələnməsidir. Həmin siyahıya salınan şəxslərdən hər biri sanksiyaların altına düşə bilər”.

Deputat Gürcüstandakı soydaşlarımızdan danışdı

1 Fevral 2018 17:49

Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycanda başqa ölkə vətəndaşının hərbi xidmətə cəlb edilməsi iddiası qaldırılıb və bunun araşdırılması istənilib. “Olaylar”ın məlumatına görə, bu iddia ilə deputat Aqil Abbas çıxış edib.

Qadının 900 manat pulunu alanın əlləri qandallanıb

1 Fevral 2018 17:47

Soyğunçuluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini tutulub. DİN-dən “Olaylar”a verilən mlumata görə, “102 Zəng Mərkəzi” Xidmətinə Yasamal rayonu ərazisində bir qadının pulunun açıq talama yolu ilə alınması barədə müraciət daxil olub. Məlumatla əlaqədar Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla S.Qurbanov küçəsində Bakı şəhər sakini T.Məmmədovanın 900 manat pulunun soyğunçuluq yolu ilə alınması məlum olub. Dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və bu cinayət əməlini törədən şəxs qısa zamanda müəyyən edilib. Görülmüş tədbirlərlə soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Alim Ağayev saxlanılaraq istintaqa cəlb edilib.

Polis əməliyyat keçirib-silah-sursat götürülüb

1 Fevral 2018 17:46

Polis əməliyyat yolu ilə vətəndaşdan xeyli silah-sursat götürülüb. DİN-dən “Olaylar”a verilən məlumata görə, ötən gün daxili işlər orqanları əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində uğurlu əməliyyat tədbirləri keçirilib.

Külli miqdarda narkotik vasitə müsadirə edilib

1 Fevral 2018 17:40

Külli miqdarda narkotik vasitə və güclü təsiredici həblər qanunsuz dövriyyədən çıxarılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, polis əməkdaşları tərəfindən narkotiklərə qarşı qətiyyətli tədbirlər davam etdirilir. Ötən gün bu istiqamətdə keçirilən tədbirlər nəticəsində ümumilikdə 12 kiloqrama yaxın yüksək təsiredici xüsusiyyətə malik olan narkotik vasitə, həmçinin güclü təsiredici psixotrop tərkibli həblər aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Komitə sədri: “Elmlər Akademiyasının institutları bizə rəqəm göstərsinlər”

1 Fevral 2018 17:39

"Bu gün təhsilin hər bir sahəsində islahatlar gedir. Biz hazırda parlamentdə “Peşə təhsili haqqında “ qanun layihəsini müzakirə edirik. Bu qanun layihəsinin geniş ictimai müzakirəsinə çox böyük ehtiyac var. Burada yeni bir ideyaların olmasına ehtiyac yoxdur”.

Avtomobil yolu keçən kişini vurub öldürüb

1 Fevral 2018 17:37

Binəqədi rayonunun Biləcəri qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən “Olaylar”a verilən məlumata görə, yanvarın 31-də saat 20 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsində Bakı şəhər sakini İbrahim Quliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən 30-35 yaşlı kişini vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş həmin şəxs orada ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Avtomobil qaçıran saxlanıb

1 Fevral 2018 17:36

Avtomobil qaçırmaqda şübhəli bilinən Sabirabad rayon sakini saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Sabirabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 31-də şəhər ərazisindən rayon sakini Lətafət Abbasovaya məxsus “VAZ-21011” markalı avtomobili qaçırmaqda şübhəli bilinən həmyerlisi Faiq Qasımov saxlanılmışdır. 

Gənclər Heydər Əliyevin məzarını ziyarət edəcək

1 Fevral 2018 17:31

2 Fevral Gəncler gunu ilə əlaqədar Gənclər və İdman Nazirliyi bir sıra tədbirlər keçirməyi nəzərdə tutur. “OLAYLAR”-a nazirliyin mətbuat katibliyindən bildirilib ki, əvvəlcə nazirliyin rəhbərliyi və gənclər təşkilatlarının nümayəndələri Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını, eləcə də Şəhidlər Xiyabaninı ziyarət edəcəklər. Daha sonra Vəcihə Səmədova adına Sərgi salonunda gənc rəssamlarin sərgisi keçiriləcək. Bayram günü ilə əlaqədar bir sıra rəsmi tədbirlər və konsert proqramının da təşkili nəzərdə tutulur.

AZTA və Hindistanın Turizm  Agentlikləri Assosiasiyası əməkdaşlıq Memorandumu  imzalayıb

1 Fevral 2018 17:28

Azərbaycan Turizm Asossiasiyası (AZTA), Mədəniyyət və Turizm Nazirliyininin dəstəyi ilə, ilk dəfə olaraq Dehli şəhərində keçirilən  Beynəlxalq Turizm Sərgisi - SATTE 2018 sərgisində iştirak edir. AZTA-dan “OLAYLAR”-a bildirilib ki, sərgidə Azərbaycanı, assosiasiyanın üzvləri olan 20 yerli şirkət təmsil edir.

Türkiyə Rusiyadan 52 dinc sakinin qətlinin təşkilatçısını istəyir

1 Fevral 2018 17:02

Türkiyə 5 il əvvəl ölkənin Hatay əyalətində törədilən və 52 dinc sakinin öldüyü terror aktının əsas təşkilatçılarından olan terrorçunun təhvil verilməsini tələb edib.

Dəmiryolçular “Şəhidlər muzeyi”ndə

1 Fevral 2018 16:54

"Azərbaycan Dəmir Yolları” QSC-nin bir qrup əməkdaşı Bakının Nəsimi rayonunda yerləşən “Həqiqət” Tarixi Araşdırmalar İctimai Birliyinin təsis etdiyi “Şəhidlər muzeyi”ni ziyarət edib. Səhmdar Cəmiyyətin ictimaiyyətlə əlaqələr şöbəsindən “OLAYLAR”-a bildirilib ki,“Şəhidlər muzeyi”nin yaradıcısı, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarının iştirakçısı, “Həqiqət” Tarixi Araşdırmalar İctimai Birliyinin sədri Əlövsət Qasımovölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda gedən döyüşlər zamanı şəhid olan eləcə də yaralanan hər bir döyüşçünün bu xalqın tarixində əbədi qalacağını bildirib.

Azərbaycan idmançıları Qış Olimpiya Oyunlarında iştirak edəcək

1 Fevral 2018 16:53

7-25 fevral tarixlərində Pxençanq 2018 Qış Olimpiya Oyunlarında keçiriləcək. Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, Azərbaycan nümayəndə heyəti XXVIII Qış Olimpiya Oyunlarında iştirak etmək üçün Cənubi Koreyanın Pxençanq şəhərinə yola düşəcək.