Polis əməliyyat keçirib-silah-sursat götürülüb

Polis əməliyyat yolu ilə vətəndaşdan xeyli silah-sursat götürülüb. DİN-dən “Olaylar”a verilən məlumata görə, ötən gün daxili işlər orqanları əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində uğurlu əməliyyat tədbirləri keçirilib.

Polis əməliyyat yolu ilə vətəndaşdan xeyli silah-sursat götürülüb. DİN-dən "Olaylar"a verilən məlumata görə, ötən gün daxili işlər orqanları əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində uğurlu əməliyyat tədbirləri keçirilib. Belə ki, yanvarın 31-də daxil olan əməliyyat məlumatları əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılan şəhər sakini, əvvəllər məhkum olunmuş Arif Kiçiknicatdan nömrəsi silinmiş, istifadəyə yararsız "Naqan" markalı tapança, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan şəhər sakini Ədalət Məmmədovdan isə müvafiq sənədləri olmayan nömrəsi silnmiş "TOZ-16" markalı ov tüfəngi və 10 ədəd patron aşkar edilib. Saxlanılan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər. Faktlarla bağlı cinayət işləri başlanılıb.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31