AZTA və Hindistanın Turizm  Agentlikləri Assosiasiyası əməkdaşlıq Memorandumu  imzalayıb

Azərbaycan Turizm Asossiasiyası (AZTA), Mədəniyyət və Turizm Nazirliyininin dəstəyi ilə, ilk dəfə olaraq Dehli şəhərində keçirilən  Beynəlxalq Turizm Sərgisi - SATTE 2018 sərgisində iştirak edir. AZTA-dan “OLAYLAR”-a bildirilib ki, sərgidə Azərbaycanı, assosiasiyanın üzvləri olan 20 yerli şirkət təmsil edir.

Azərbaycan Turizm Asossiasiyası (AZTA), Mədəniyyət və Turizm Nazirliyininin dəstəyi ilə, ilk dəfə olaraq Dehli şəhərində keçirilən  Beynəlxalq Turizm Sərgisi - SATTE 2018 sərgisində iştirak edir. AZTA-dan "OLAYLAR"-a bildirilib ki, sərgidə Azərbaycanı, assosiasiyanın üzvləri olan 20 yerli şirkət təmsil edir.
Sərgi çərçivəsində Azərbaycan Turizm Asossiasiyası (AZTA) və Hindistanın  Turizm Agentlikləri Assosiasiyası (TAAİ) əməkdaşlıq haqqında Memorandum  imzalanıb.Azərbaycan Turizm Asossiasiyasının sədri Nahid Bagırov imzalama zamanı  qeyd edib ki, bu əməkdaşlıq qarşılıqlı turizm axınının artımına,  həmçinin ölkələr arasında iqtisadi münasibətlərin inkişafına təkan  verəcək. "Bizim assosiasiyamız otellər, turizm şirkətləri və aviaşirkətlərdən  ibarətdir. Azərbaycanın milli aviaşirkləti olan AZAl-da bizim təşkilatın üzvüdür, bundan başqa təxminən 242 turzim şirkəti və 110 otel aktiv  üzvlərimiz var. Buna görə də, əməkdaşlığımızın uğurlu olacağına ümid  edirəm", - Nahid Bağırov deyib.
İmzalanma zamanı həmçinin Razeen Hasanın Azərbaycan Turizm  Assosiasiyasının Hindistanda nümayəndəsi seçilməsi məsələsi müzakirə  olunub və təstiqlənib. Görüşün nəticəsi olaraq Assosiasiya rəhbərlərinin növbəti görüşünün may  ayında Bakıda keçirilməsi qərara alınıb. Hindistanın Turizm Agentlikləri Assosiasiyası (TAAİ) 1951-ci ildə 12  aparıcı turizm şirkəti tərəfindən təsis edilib. Hazırda Assosiasiyaya  2500-dən çox üzv daxildir. Təşkilatın üzvləri sırasına dövlət və qeyri  dövlət üzvləri daxildir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31