Qadının 900 manat pulunu alanın əlləri qandallanıb

Soyğunçuluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini tutulub. DİN-dən “Olaylar”a verilən mlumata görə, “102 Zəng Mərkəzi” Xidmətinə Yasamal rayonu ərazisində bir qadının pulunun açıq talama yolu ilə alınması barədə müraciət daxil olub. Məlumatla əlaqədar Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla S.Qurbanov küçəsində Bakı şəhər sakini T.Məmmədovanın 900 manat pulunun soyğunçuluq yolu ilə alınması məlum olub. Dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və bu cinayət əməlini törədən şəxs qısa zamanda müəyyən edilib. Görülmüş tədbirlərlə soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Alim Ağayev saxlanılaraq istintaqa cəlb edilib.

Soyğunçuluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini tutulub. DİN-dən "Olaylar"a verilən mlumata görə, "102 Zəng Mərkəzi" Xidmətinə Yasamal rayonu ərazisində bir qadının pulunun açıq talama yolu ilə alınması barədə müraciət daxil olub. Məlumatla əlaqədar Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla S.Qurbanov küçəsində Bakı şəhər sakini T.Məmmədovanın 900 manat pulunun soyğunçuluq yolu ilə alınması məlum olub. Dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və bu cinayət əməlini törədən şəxs qısa zamanda müəyyən edilib. Görülmüş tədbirlərlə soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Alim Ağayev saxlanılaraq istintaqa cəlb edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31