Gündəm

Evlilikdən sonra kişilərin çəkisi dəyişir

1 Fevral 2018 18:55

Evlilikdən sonra kişilərin qida rasionu və çəkisi dəyişir. Rusiya mətbuatının yazdığına görə, aparılmış araşdırmalar bunu deməyə əsas verir.

Emmanuel Emenike La Liqa klubuna keçdi

1 Fevral 2018 18:50

"Fənərbağça"nın sabiq futbolçusu Emmanuel Emenike karyerasını İspaniyada davam etdirəcək. Müqavilə ilə "Olympiakos"a məxsus 30 yaşlı forvardı "Las Palmas" mövsümün sonuna kimi icarəyə götürüb.

Həmsədrlər fevralın 3-də Azərbaycana səfər edəcəklər

1 Fevral 2018 18:44

ATƏT-in Minsk qrupunun həmsədrləri Endryü Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popovun (Rusiya) regiona səfərlərinin dəqiq tarixi məlum olub. Diplomatik mənbə bildirib ki, vasitəçilərin regiona səfəri Azərbaycandan başlanacaq.

Bakıda mağaza yanır

1 Fevral 2018 18:42

Paytaxtın Yasamal rayonunda mağaza yanır. “Olaylar” Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbr verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda mağazada yanğın baş verib. Hazırda Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq yanğınsöndürmə qüvvələri hadisə yerindədir. İlkin məlumata görə, yanğın zamanı ölən və xəsarət alan olmayıb. Yanğınsöndürmə işləri barədə əlavə məlumat veriləcək.

Misir paytaxtı dəyişir? - Hökumət səhraya köçürülür

1 Fevral 2018 18:39

Misir prezidentinin dəftərxanası və hökumət il yarım ərzində yeni paytaxta köçürüləcək. Məlumata görə, bunu məsələ ilə bağlı layihənin rəhbəri Əhməd Zəki Abdin bildirib. Layihə rəhbərinin sözlərinə görə, yeni rayonda artıq tikinti işlərinə başlanılıb.

Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi təsis edilir

1 Fevral 2018 18:37

Prezident İlham Əliyev “Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi”nin təsis edilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Görkəmli yazıçı, kinodramaturq və rejissor, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı, Xalq yazıçısı Maqsud Məmmədibrahim oğlu İbrahimbəyov milli sənət xəzinəsini zənginləşdirən əsərləri ilə Azərbaycan mədəniyyəti salnaməsinə parlaq səhifələr yazmışdır. Onun bədii əsərlərini, eləcə də ssenariləri əsasında çəkilmiş filmləri oxucular və tamaşaçılar daim rəğbətlə qarşılamışlar.

Məzahir Pənahov prezident seçkilərindən danışdı

1 Fevral 2018 18:18

Fevralın 1-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Xuan Rodriqo Labardini Floreslə görüşüb. MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən verilən məlumata görə, görüşdə M.Pənahov rəhbərlik etdiyi qurumun nüfuzlu beynəlxalq və xarici təşkilatlarlar, eləcə də dünyanın müxtəlif qitələrindən olan xarici ölkələrin diplomatik nümayəndəlikləri ilə sıx əməkdaşlığından söhbət açıb. O bildirib ki, beynəlxalq təcrübənin öyrənilməsi seçki praktikasının təşkmilləşməsində və hazırkı inkişaf səviyyəsinə çatmasında mühüm əhəmiyyət kəsb edir.

9 uşaq əcnəbilərə övladlığa verilib

1 Fevral 2018 18:16

Norveç Uşaq Evinin azərbaycanlı ailənin övladını əlindən alması ilə bağlı yerli mətbuatda məlumat yayılıb. Norveçdə yaşayan Azərbaycan vətəndaşı Yusif Əsgərov deyib ki, Norveç Uşaq Evi onun övladını əlindən alıb və uşağın norveçli bir ailəyə veriləcəyini bildirib. Buna səbəb kimi atanın uşaqla göz kontaktının olmaması və uşaqla davranışında qəfil hərəkətlər etdiyi iddia olunub.

Xarici işlər nazirləri Bakıya toplaşacaqlar

1 Fevral 2018 18:14

Bu ilin aprelin 5-6-da Bakıda “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq nazirlər konfransı keçiriləcək. Xarici İşlər Nazirliyindən “Olaylar”a bildirilib ki, nazirlər konfransına hazırlıq məqsədilə 3-4 aprel 2018-ci il tarixində yüksək vəzifəli məmurlar səviyyəsində iclas olacaq.

İqtisadiyyat naziri ABŞ-ın Azərbaycandakı səfiri ilə görüşüb

1 Fevral 2018 18:13

İqtisadiyyat naziri Şahin Mustafayevin ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ilə görüşündə Azərbaycan Respublikasının Prezidentinin rəhbərliyi ilə ölkədə həyata keçirilən iqtisadi islahatlar, ABŞ-la kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlıq, ABŞ şirkətlərinin sənaye parklarına investisiya qoyuluşu imkanları, ABŞ-a Azərbaycanın ixrac missiyasının təşkili və s. məsələlər barədə müzakirələr aparılıb.

Meşə mühafizəsi və bərpası müəssisələrinin rəhbərlərinə ciddi xəbərdarlıq edilib

1 Fevral 2018 18:10

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) ötən ildəki fəaliyyətinin yekunları və qarşıda duran vəzifələrin müzakirəsi ilə bağlı kollegiya iclası keçirilib. ETSN-nin mətbuat xidmətindən  verilən məlumata görə, Nazirliyin struktur bölmələrinin və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən iclasda nazir Hüseyn Bağırov əldə olunmuş müsbət nəticələr barədə məlumat verib. Sonra Kollegiya iclasının gündəliyində duran məsələlər müzakirə edilib.

Azərbaycanda orta məktəblərdə 151 458 müəllim çalışır

1 Fevral 2018 18:05

Bir qrup gənc müəllimlə görüş keçirilib. Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, təhsil naziri vəzifələrini icra edən, nazir müavini Ceyhun Bayramov görüşdə bildirib ki, son illər müəllimlərin peşəkarlıq səviyyəsinin və nüfuzunun artırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib.

Rəşad Sadıqov hər şeyə aydınlıq gətirdi - AÇIQLAMA

1 Fevral 2018 18:04

Antalyada təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət milli komandamızın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb. Gənc məşqçi Ozan Can Kökçünün millimizdən imtina etməsi və daha sonra qərarını dəyişməsinə də toxunub. 

Səudiyyə Ərəbistanında qadınlarla bağlı YENİ QƏRAR

1 Fevral 2018 18:02

Səudiyyə Ərəbistanında qadınları tezliklə ictimai qidalanma sahəsində işə götürməyə başlayacaqlar. Bu haqda “Khaleej Times” nəşri bildirib. Qadınları birinci mərhələdə ölkənin 16 restoranında sınaq müddətinə işə götürəcəklər. Həmçinin restoranların sahibləri ilə xüsusi məsləhətçi şura yaradılacaq. Şura bu sferada qadınların işə götürülməsi strategiyasını müzakirə edəcək.