Həmsədrlər fevralın 3-də Azərbaycana səfər edəcəklər

ATƏT-in Minsk qrupunun həmsədrləri Endryü Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popovun (Rusiya) regiona səfərlərinin dəqiq tarixi məlum olub. Diplomatik mənbə bildirib ki, vasitəçilərin regiona səfəri Azərbaycandan başlanacaq.

ATƏT-in Minsk qrupunun həmsədrləri Endryü Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popovun (Rusiya) regiona səfərlərinin dəqiq tarixi məlum olub. Diplomatik mənbə bildirib ki, vasitəçilərin regiona səfəri Azərbaycandan başlanacaq. Onlar fevralın 3-də Bakıya gələcəklər. Fevralın 4-də həmsədrlərin Azərbaycan rəsmiləri ilə görüşləri nəzərdə tutulur. Görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar aparılacaq. Vasitəçilər Bakıdan İrəvana yollanacaq, orada Ermənistan rəhbərliyi ilə görüşəcəklər. Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31