Səudiyyə Ərəbistanında qadınlarla bağlı YENİ QƏRAR

Səudiyyə Ərəbistanında qadınları tezliklə ictimai qidalanma sahəsində işə götürməyə başlayacaqlar. Bu haqda “Khaleej Times” nəşri bildirib. Qadınları birinci mərhələdə ölkənin 16 restoranında sınaq müddətinə işə götürəcəklər. Həmçinin restoranların sahibləri ilə xüsusi məsləhətçi şura yaradılacaq. Şura bu sferada qadınların işə götürülməsi strategiyasını müzakirə edəcək.

Səudiyyə Ərəbistanında qadınları tezliklə ictimai qidalanma sahəsində işə götürməyə başlayacaqlar. Bu haqda "Khaleej Times" nəşri bildirib. Qadınları birinci mərhələdə ölkənin 16 restoranında sınaq müddətinə işə götürəcəklər. Həmçinin restoranların sahibləri ilə xüsusi məsləhətçi şura yaradılacaq. Şura bu sferada qadınların işə götürülməsi strategiyasını müzakirə edəcək.

Hazırda ölkədə qadınlar arasında işsizlik 33 faiz təşkil edir. Krallıqda işsizliyin ümumi göstəricisi isə 12 faizdir.

Qeyd edək ki, istehsal sahəsində qadınların iştirakının artırılması "Vision 2030" adlı iqtisadi islahatlar paketində nəzərdə tutulub. Bu strategiyaya əsasən, 2030-cu ilə kimi əmək bazarında qadınların sayının 30 faizə qədər artırılması planlaşdırılır. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31