Gündəm
Fidel Kastronun oğlu intihar etdi
Kubanın sabiq lideri Fidel Kastronun böyük oğlu, elmlər doktoru Fidel Anxel Kastro Dias-Balart intihar edib. Fidel Anxel Kastro bir neçə ay ağır depressiya ilə əlaqədar xəstəxanada həkim nəzarətində olub, daha sonra ambulator rejimə keçirilibmiş. Alim intihardan etməzdən əvvəl məktub yazıb.
Azərbaycanda Gənclər Günü qeyd olunur
Sevil-Sevinc Səfərova bacıları “Xəzər” TV-dən gedir?
İnsanın musiqi zövqü onun təfəkkür tərzindən asılıdır?
İnsanın təfəkkür tərzi onun musiqi zövqünü müəyyənləşdirir. Dörd min adam arasında aparılmış sorğu dünyanın qanunauyğunluğu və quruluşu mexanizmlərinə daha çox diqqət yetirən şəxslərlə insani münasibətləri ən vacib hesab edənlərin zövqləri arasındakı təzadı üzə çıxarıb. Tədqiqatların nəticələri “PLoS One” jurnalında təqdim edilib.
Evin qırmızı "həkimi"...
İtburnu müalicə bitkiləri arasında qədimdən məlumdur. Təbabətdə qurudulmuş meyvələri, həbləri və maye ekstratı istifadə edilir. Rusiyada itburnunun müalicəvi əhəmiyyəti XVII əsrdən məlumdur. Onun meyvələri fövqəladə dərman kimi yalnız məşhur adamlara xüsusi icazə ilə verilirdi. Hazırda itburnu meyvəsi C vitamini mənbəyi kimi təbabətdə geniş istifadə edilir.
2018-ci il yanvar ayı ərzində Beynəlxalq Kitab Mübadiləsi çərçivəsində MEK-ə daxil olan ədəbiyyat
AMEA Mərkəzi Elmi Kitabxanasına 2017-ci ilin dekabr ayı ərzində dünyanın bir çox ölkələrinin təşkilatları ilə Beynəlxalq Kitab Mübadiləsi (BKM) çərçivəsində 54 nüsxə sənəd (kitab, jurnal və CD) daxil olub.
İngilislərdən XƏBƏRDARLIQ: Mobil telefon və tablet sizi öldürə bilər
İngiltərədəki Kayropraktika Dərnəyinin araşdırması, uzun müddət mobil telefonu və tablet kompüter istifadə edənlərin onurğa əyriliyindən əziyyət çəkdiyini, bu duruş formasının tənəffüs və qan axımına mənfi təsir etdiyini, növbəti yaşlarda tənəffüs və ya ürək xəstəliklərindən ölüm riskini artırdığını göstərib.
“Facebook” şirkətini uşaqları “Messenger Kids” proqramından qorumağa çağırıblar
Bir sıra səhiyyə təşkilatlarının nümayəndələri “Facebook”un baş direktoru Mark Zukerberqə ünvanlanmış açıq məktubu dərc ediblər. Aktivistlər məktubda şirkəti “Messenger Kids” proqramının fəaliyyətini dayandırmağa çağırıblar. Onlar iddia edirlər ki, mobil proqram yaşı 13-dən az olmayan uşaqlar üçün nəzərdə tutulub, halbuki şirkət bu servisi "5-12 yaşlı uşaqlar üçün sadə və təhlükəsiz" kimi təsvir edirlər.
Dünyada internet istifadəçilərinin sayı nə qədərdir?
“We Are Social” agentliyi və “Hootsuite” platforması qlobal internet auditoriyasının həcminin qiymətləndirildiyi tədqiqatın nəticələrini açıqlayıb.
Bu brauzer informasiya axtarışına yanaşmanı dəyişdirir
“Google Play” və “App Store” proqram mağazalarında internetdə axtarışa tamamilə yeni yanaşma təklif edən “Cake Browser” adlı mobil brauzer peyda olub. “Cake Browser” mobil brauzerinin özəlliyi ondan ibarətdir ki, istifadəçilər bu brauzerdə ənənəvi istinadlar siyahısı görməyəcəklər.
Aİ-də bərpa olunan enerjinin payı ilk dəfə kömür enerjisinin payını üstələyib
2017-ci ildə Avropa İttifaqı ölkələrində bərpa olunan mənbələrdən hasil edilən enerjinin payı tarixdə ilk dəfə kömürlə işləyən elektrostansiyalarda istehsal edilən enerjinin payını üstələyib. Bu barədə “Quartz” nəşri “Sandbag” və “Agora Energiewende” mərkəzlərinin hazırladığı birgə hesabata istinadən məlumat verib.
Bu smartfon ən yaxşı avtonom işləmə müddətinə malikdir
“PhoneArena” resursu bu yaxınlarda təqdim edilmiş qabaqcıl “Honor V10” smartfonunun avtonom işləmə müddəti üzrə nəticələrini dərc edib. Mütəxəssislər sözügedən aparatı ən müxtəlif istifadə ssenariləri (3G və Wi-Fi üzrə veb sörfinq, telefonla söhbət və videolara baxış) üzrə yoxlayıblar. Sözügedən aparat mobil bazarın liderləri arasında ən yaxşı nəticələrdən birini nümayiş etdirib.
“Nuro” şirkəti sifarişlərin çatdırılması üçün sürücüsüz avtomobil təqdim edib
"Nuro” startapı tərəfindən təqdim edilmiş yığcam sürücüsüz avtomobil prototipi müştəri sifarişlərinin çatdırılması üçün nəzərdə tutulub.
Sənaye müəssisələrinə məqsədli haker hücumlarının sayı artır
“Kasperski laboratoriyası” antivirus şirkəti sənaye müəssisələrinə qarşı məqsədli haker hücumlarının sürətlə yayılmasını əks etdirən tədqiqatın nəticələrini dərc edib.
Açıqlandı: Salat yaddaşı gəncləşdirir
İnsanlarda yaddaş problemləri, yaddaşla bağlı məsələlər daima gündəmdə olub. İnsan sağlamlğında bu faktorun önəmli yer tutduğunu nəzərə alsaq, o zaman bu məsələnin aktuallığını daha dərindən dərk etmiş olarıq. "Cumhuriyet.com.tr" saytında yer alan xəbərə görə, ABŞ-ın Rush Universitetinin alimləri bu barədə araşdırma aparıblar.














