Gündəm

Azərbaycanda morqlara 14 yaşa qədər 185 meyit gətirilib

2 Fevral 2018 11:12

“Keçən il Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə (morqlara) prokurorun göndərişi və şikayətlər əsasında 14 yaşa qədər 185 meyit gətirilib”.

"Qara Qarayev" stansiyasında musiqili proqram təşkil ediləcək

2 Fevral 2018 10:45

"Bakı Metropoliteni"ndə SSRİ xalq artisti, bəstəkar Qara Qarayevin anadan olmasının 100 illiyi qeyd ediləcək. Bunu "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib.  Onun sözlərinə görə, fevralın 5-də saat 17:00-dan 19:00-dək metronun dahi bəstəkarın adını daşıyan “Qara Qarayev” stansiyasında ilk dəfə musiqili proqram təşkil olunacaq. 

İordaniya KXDR ilə diplomatik münasibətləri kəsdi

2 Fevral 2018 09:36

İordaniya hökuməti Şimali Koreya ilə diplomatik münasibətləri pozmaq barədə qərar qəbul edib. Bu barədə cümə axşamı Krallıq hökumətindəki mənbəyə istinadən "Franc-Press" məlumat yayıb.

Xətai Sənət Mərkəzində “Gənclər bizim gələcəyimizdir” 

2 Fevral 2018 09:34

Xətai Sənət Mərkəzində 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Gənclər bizim gələcəyimizdir” mövzusunda tədbir və sərgi olub. Tədbir Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Azərbaycan Rəssamlar İttifaqının və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilib. Sərgidə 100-dən çox peşəkar və müxtəlif yaş qruplarından olan həvəskar rəssamın təsviri sənətin bütün janrlarını əhatə edən 300-ə yaxın əsəri nümayiş etdirilib.

“Yalquzaq” - kriminal-detektiv janrında ilk bədii film 

2 Fevral 2018 09:32

Ölkəmizdə ilk kriminal-detektiv janrda bədii filmin çəkilişlərinə başlanılıb. Yalquzaq” adlı filmi gənclər arasında sağlam həyat tərzinin təbliği, milli mənəvi dəyərləri aşılmaq və yaradıcı-intellektual gənclərin aşkarlanması və dəstəklənməsi məqsədilə ekranlaşdırılır.

"Xəzər" TV-nin studiyasında BƏDBƏXT HADİSƏ

2 Fevral 2018 09:30

"Xəzər" televiziyasının studiyasında bədbəxt hadisə baş verib. Fevralın 1-də "Xəzər Xəbər"in efirə gedən 15:00 buraxılışından sonra 1988-ci il təvəllüdlü aparıcı Qədimova Günel Şöfiq qızı studiyada yıxılıb.

"Ötən il sığınacağımızdan 46 qadını ailəsi ilə barışdırdıq" - Mehriban Zeynalova

2 Fevral 2018 09:29

“Ötən illərlə müqayisədə bu il sığınacağa həddən artıq müraciət olub, onların əksəriyyəti məişət zorakılığının qurbanlarıdır” Bunu açıqlamasında “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib. O bildirib ki, bəzən bizə zənglər daxil olur, hansı ki işsizlikdən, ev pulunu ödəyə bilməyən qadınlar müraciət edir. Təbii ki, biz bu məsələləri araşdırdıqdan sonra qərar veririk, əsasən bu cür hallarda biz çalışırıq onlara psixoloji yardım göstərib istiqamət verək:

Fransada müsəlmanlara qarşı zorakılıq hallarının sayı artır

2 Fevral 2018 09:25

Fransada antisemitizm, irqçi və anti-müsəlman aktlara dair 2017-ci il üçün dövlət hesabatının nəticələri açıqlanıb. Ötən il Fransada anti-semit, irqçi və anti-müsəlman əsasda törədilmiş təhdidlərin sayı azalsa da, zorakılıq hallarının sayı artıb. İrqçilik əsasında edilmiş təhdidlər 17,36% (2016-cı ildə 524, 2017-ci ildə 433), anti-semit əsasda edilmiş təhdidlər 17,1% (2016-cı ildə 258, 2017-ci ildə 214) və nəhayət anti-müsəlman əsasda edilmiş təhdidlər isə 58,5% (2016-cı ildə 118, 2017-ci ildə 49) azalıb.

Hərbi təyyarə qəzaya uğradı

2 Fevral 2018 09:22

Çində hərbi təyyarənin qəzaya uğraması nəticəsində ən azı 12 heyət üzvü həyatını itirib. Qəzaya "Y-8"in bazasında şəkli dəyişdirilmiş yeni tip yanacaqdoldurma təyyarəsi uğrayıb.

“Zeytun budağı”əməliyyatının  13-cü gün

2 Fevral 2018 09:21

Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Suriyanın Afrin bölgəsində həyata keçirdiyi antiterror əməliyyatları ilə bağlı bu günə olan hesabat açıqlanıb. Türkiyənin Baş Qərargahının yaydığı məlumata görə, “Zeytun budağı” əməliyyatının 13-cü günündə terrorçulara məxsus sığınacaq, anbar və atəş nöqtələri vurulub. Aviazərbələr nəticəsində 14 hədəf məhv edilib.

Kinematoqrafçılar İttifaqında  növbəti iclası 

2 Fevral 2018 09:19

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının idarə heyətinin növbəti iclası keçirilib. İclasda qurumun sədri, Xalq Artisti, professor Şəfiqə Məmmədova, birinci katib Əməkdar İncəsənət Xadimi Cəmil Quliyev, Xalq artistləri Eldar Quliyev, Oqtay Mirqasım, Vaqif Mustafayev, Siyavuş Kərimi, Əməkdar İncəsənət Xadimi Ayaz Salayev, “Nərimanfilm” kinostudiyasının rəhbəri Nəriman Məmmədov, “Azərbaycanfilm” kinostudiyasının direktoru, Əməkdar İncəsənət Xadimi Müşfiq Hətəmov, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin dizayn studiyasının rəhbəri, kinorejissor Yusif Quliyev iştirak ediblər.

Muğam Mərkəzində - “Göyərçin qanadları” 

2 Fevral 2018 09:17

Fevralın 1-də Beynəlxalq Muğam Mərkəzində “Muğam və Mənəviyyat” adlı layihəsi çərçivəsində “Göyərçin qanadları” filminin təqdimatı olub. Təqdimat mərasimi “Mədəniyyət” kanalı və Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə gerçəkləşib. Gecədə Əməkdar İncəsənət Xadimi, sənətşünaslıq doktoru Sənubər Bağırova çıxış edərək filmlə bağlı fikirlərini bölüşüb. O deyib ki, “Çahargah” dəsgahı ekranlaşdırılaraq dinləyicilərin ixtiyarına verilib. Filmdə “Könül” ansamblının rəhbərliyi ilə tanınmış xanəndə Fəraməz Gərmrudi “Cahargah” muğamını ifa edib. F.Gərmrudi hər bir ifası ilə muğam sənətinin inkişafına və yaşamasına xidmət edən sənətkarlardandır. “O, Azərbaycancada 10 illik sənət fəaliyyəti müddətində çox işlər görüb.

Məktəbli qızdan dəhşətli əməl

2 Fevral 2018 09:14

ABŞ-ın Los-Anceles şəhərində məktəbli qız sinifdə odlu silahdan atəş açıb, nəticədə 2 yeniyetmə yaralanıb. Yaralananlardan birinin vəziyyətinin kritik olduğu bildirilir. 15 yaşlı məktəblinin başından ağır yaralandığı bildirilir. Digər məktəbli isə qolundan yaralanıb.