"Xəzər" TV-nin studiyasında BƏDBƏXT HADİSƏ
"Xəzər" televiziyasının studiyasında bədbəxt hadisə baş verib. Fevralın 1-də "Xəzər Xəbər"in efirə gedən 15:00 buraxılışından sonra 1988-ci il təvəllüdlü aparıcı Qədimova Günel Şöfiq qızı studiyada yıxılıb.
2 Fevral 2018 09:30 Sosial"Xəzər" televiziyasının studiyasında bədbəxt hadisə baş verib.
Fevralın 1-də "Xəzər Xəbər"in efirə gedən 15:00 buraxılışından sonra 1988-ci il təvəllüdlü aparıcı Qədimova Günel Şöfiq qızı studiyada yıxılıb.
Nəticədə, xəsarət alan xanım aparıcı "təcili yardım" xidməti vasitəsilə 3 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. Həkimlər onun qapalı kəllə-beyin travması aldığını müəyyən ediblər. Aparıcıya lazımi tibbi yardım göstərildikdən sonra o, evə buraxılıb. Report.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31