Ermənistan parlamentində II Qareginlə bağlı sərt ifadələrə görə müxalifət iclas zalını tərk edib – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistanın hakim "Vətəndaş Müqaviləsi" fraksiyasının deputatı Asmik Akopyanın bütün ermənilərin katolikosu II Qareginin ünvanına səsləndirdiyi kəskin ifadələrdən sonra müxalif "Güclü Ermənistan" fraksiyasının deputatları parlamentin iclas zalını tərk ediblər. Akopyan 16 noyabrda müxalif "Ermənistan" fraksiyasının təşkil etdiyi insan hüquqları üzrə dinləmələrdə bəzi parlamentdənkənar qüvvə təmsilçilərinin hakim partiyaya eyham vuraraq kürsünün ətrafında sarımsaq bağı gəzdirməsinə münasibət bildirib və onların bunu II Qareginin dünyəvi adı olan "Ktriç Nersisyan"dan öyrəndiklərini soruşub.

Erməni Apostol Kilsəsi rəhbərinin dünyəvi adının səsləndirilməsi müxalifətin etirazına səbəb olsa da, Akopyan katolikosa qarşı sərt çıxışlarını davam etdirib. Parlamentin spikeri Ruben Rubinyan da deputatı dəstəkləyərək kilsə rəhbərinin adını "Ktriç Nersisyan" kimi çəkib və onun istefa verməli olduğunu bəyan edib. Bu bəyanatlara etiraz olaraq "Güclü Ermənistan" fraksiyasının üzvləri zalı tərk ediblər. 

Xatırladaq ki, Erməni Apostol Kilsəsi yepiskoplarının oktyabrın 9-da keçirilən toplantısının yekun bəyanatında Ermənistan parlamentinin qanunsuzluq meydanına çevrildiyi qeyd olunmuşdu.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31