Aİ Ukrayna üzrə danışıqlar üçün nümayəndə heyətinə mandat hazırlayacaq- ÖZƏL

Avropa İttifaqı (Aİ) Ukraynadakı münaqişənin həlli ilə bağlı mümkün danışıqlarda iştirak edəcək Avropa nümayəndə heyəti üçün rəsmi mandat layihəsinin hazırlanmasına başlayacaq.

Olaylar.az xəbər verir ki,  "Politico" nəşrinin mənbələrə istinadən yaydığı məlumata görə, qarşıdakı həftələrdə Aİ xarici işlər nazirləri bu məsələni müzakirə edəcək. Mənbələrin bildirdiyinə görə, nazirlər danışıqların mahiyyətinin müəyyənləşdirilməsi prosesində iştirak etmək niyyətindədirlər. Bununla yanaşı, mandat layihəsinin hazırlanması işinin Aİ səfirlərinə həvalə olunacağı gözlənilir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31