Gündəm
Tanınmış alman siyasətçi İslam dinini qəbul edib
Almaniya üçün Alternativ ultra -sağçı partiyanın fəal üzvlərindən biri olan tanınmış siyasətçi Artur Vaqner İslam dinini qəbul edib. Siyasətçi deyib ki, "Mənim şəxsi görüşlərim müasir xristian siyasətçilərin həmcins evliliklərə münasibəti ilə ziddir. Rahiblərin həmcins paradlarında iştirak etməsi məni şəxsən dərindən sarsıdıb.
Qara Qarayevin 100 illiyi qeyd ediləcək
"Bakı Metropoliteni" QSC növbəti sosial layihəni gerçəkləşdirəcək. “OLAYLAR”-a daxil olan məlumata görə, fevralın 5-də görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu, SSRİ xalq artisti, musiqi mədəniyyətimizin peşəkarı Qara Qarayevin anadan olmasının 100 illiyidir.
Millət vəkili gənclərlə görüşüb
2 fevral - Gənclər günündə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri, millət vəkili Cavid Qurbanov "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin gənc üzvləri ilə görüşüb. “OLAYLAR”-a daxil olan məlumata görə, tədbir iştirakçıları əvvəlcə Azərbaycanın ən qədim mədəniyyət ocaqlarından biri olan Kəlbəcər rayonunundan və "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin fəaliyyətindən bəhs edən video-rolikə baxıblar. Ölkənin ictimai-siyasi həyatında gənclərin rolundan danışan C. Qurbanov bildirib ki, bu gün Azərbaycanda həyat keçirilən gənclər siyasəti dövlət siyasətinin tərkib hissəsidir.
Düşmən 115 dəfə atəşkəs rejimini pozub
“OLAYLAR” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 115 dəfə pozub. Ermənistan Respublikası İcevan rayonunun Paravakar kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Kəmərli, Qaymaqlı, Bala Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex, Çinari, Ayqedzor kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam, Koxanəbi, Muncuqlu, Qaralar kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli, Zamanlı kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Türkiyəli nazir Milli Məclisdə olub
Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının əmək və sosial müdafiə naziri xanım Jülide Sarıeroğlunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Türk istehsalı raket sınaqlarda uğurla keçib
Türkiyədə Aksaray poliqonunda HİSAR-A orta və alçaq uçuş Hava Hücumundan Müdafiə Zenit raketinin uğurlu sınaqları keçirilib. ROKETSAN və ASELSAN hərbi sanayi şirkətlərinin birgə layihəsi olan HİSAR-A bütün sınaqlardan uğurla keçib və yaxın zamanda Türkiyə Silahlı Qüvvələrinin invenarına daxil ediləcək.
Gənc rejissor mükafatlandırıldı
Akademik Milli Dram Teatrının gənc rejissoru Əlif Cahangirli teatr sahəsindəki uğurlu fəaliyyətinə görə “Gənclər mükafatı”na layiq görülüb. Fevralın 2-də "Buta Palace"da Gənclər günü münasibətilə keçirilən tədbirdə Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Birinci vitse-prezidentin köməkçisi, Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Gənclər və idman naziri Azad Rəhimov və digər dövlət, hökumət nümayəndələri iştirak edib. Olaylar.az bildirir ki, tədbirdə Gənclər və İdman Nazirliyi təhsil, elm və mədəniyyət sahələrində fəallığı ilə seçilən gəncləri, o cümlədən Əlif Cahangirlini mükafatlandırıb.
Azərbaycanlı Rusiyada yüksək vəzifəyə təyin olundu
Azər Mütəllim oğlu Talıbov Rusiya Federasiyasının iqtisadi inkişaf nazirinin müavini təyin edilib. Bu barədə baş nazir Dmitri Medvedev sərəncam imzalayıb. O, kadr siyasəti ilə bağlı məsələlərə, nazirin fəaliyyətini təmin etməyə, hüquqi məsələlərə və maliyyə fəaliyyətinə cavabdeh olacaq. O, bu postda İqor Revanı əvəz edib.
Türkiyə ərazisinə keçmək istəyən PKK terrorçuları məhv edildi
Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) İraqın şimalından Türkiyə ərazisinə keçməyi planlaşdıran PKK terrorçularının bölmələrini məhv edib.
Bu gün Əfv Komissiyası yenidən toplaşır - Müraciətlərə baxacaq
Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcək. Bu barədə Komissiyanın üzvü Əlməmməd Nuriyev deyib. O bildirib ki, iclasda əfvlə bağlı müraciətlərə baxılacaq.
Teleqüllə sürüşmə sahəsi barədə yekun rəy nə zaman hazır olacaq?
Son günlər şərti olaraq Teleqüllə sürüşmə sahəsi adlandırılan Bayıl yamacındakı sürüşmə sahəsində son günlər stabilləşmə müşahidə edilir. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov məlumat verib.
E.Makronun S.Sərkisyandan ərazi güzəştləri tələb etməsi mövzusu əsassız deyil
Fransaya səfər edən Ermənistan prezidenti bəzi məsələlərdə uğur qazansa da ermənilərin ümummilli hesab etdiyi məsələlərdə Fransanın mövqeyinin dəyişməsinə dözdü. Bəlkə də “erməni soyqırımı” və Dağlıq Qarabağ tənzimlənməsindəki mövqelərini S.Sərkisyan güzəştə getməklə qarşıdakı proseslərdə legitimliyinin tanınmasına razılıq əldə etdi. Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
İordaniya KXDR ilə diplomatik münasibətləri kəsdi
İordaniya hökuməti Şimali Koreya ilə diplomatik münasibətləri pozmaq barədə qərar qəbul edib. Bu barədə cümə axşamı Krallıq hökumətindəki mənbəyə istinadən "Franc-Press" məlumat yayıb. "KXDR ilə heç vaxt möhkəm olmayan diplomatik münasibətlərin kəsilməsi, İordaniyanın bu məsələ üzrə müttəfiqlərinin siyasətinə uyğundur", - deyə agentlik mənbənin bəyanatını sitat gətirib.
Rusiyanı qəzəbləndirəcək MÜHARİBƏ SİQNALI: “Yenidən vurmağa hazırıq”
Əsgər salamına görə komandaya 15 minlik CƏZA
Türkiyə Professional Futbol İntizam Qurumu (PFİQ) “Malatyaspor” azarkeşlərinin Afrində döyüşən “mehmetçik”lərə əsgər salamı göndərdiyi üçün klubu cəzalandırıb. Qurum PFİQ “Malatyaspor”-“Sivasspor” matçının azarkeşlərə görə gec başlaması üzündən kluba 15 min türk lirəsi maddi cəza verib.














