Qara Qarayevin 100 illiyi qeyd ediləcək
"Bakı Metropoliteni" QSC növbəti sosial layihəni gerçəkləşdirəcək. “OLAYLAR”-a daxil olan məlumata görə, fevralın 5-də görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu, SSRİ xalq artisti, musiqi mədəniyyətimizin peşəkarı Qara Qarayevin anadan olmasının 100 illiyidir.
2 Fevral 2018 11:44 Mədəniyyət"Bakı Metropoliteni" QSC növbəti sosial layihəni gerçəkləşdirəcək. "OLAYLAR"-a daxil olan məlumata görə, fevralın 5-də görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu, SSRİ xalq artisti, musiqi mədəniyyətimizin peşəkarı Qara Qarayevin anadan olmasının 100 illiyidir.
Bu münasibətlə metronun dahi bəstəkarın adını daşıyan "Qara Qarayev" stansiyasında həmin gün saat 17:00-dan 19:00-dək ilk dəfə musiqili proqram təşkil olunacaq.
Metropolitendən istifadə edən sərnişinlər stansiyanın vestibülündə görkəmli bəstəkarın klassik sənət əsərlərindən ibarət konsert proqramını simli kvartetin ifasında dinləyə bilərlər.