Gündəm

Əsədin yaxın ətrafına ABŞ casusları necə yerləşdirilib?

2 Fevral 2018 12:16

ABŞ Rusiya və İrana qarşı Suriyada fəaliyyət qabiliyyətini artırmaq üçün PYD-YPG terror qruplaşmalarının üzvlərini gizli şəkildə Suriyanın kəşfiyyat xidmətinə (Muhaberat) sızdırıb. “Xəbərtürk” həmçinin Əsəd rejimində bəzi yüksək vəzifəli şəxslərin də ABŞ-ın adamı olduğunu yazıb. “ABŞ bölgədə ən vacib fiqurdur.

Fazil Məmmədovun vəzifədən çıxarılan qohumları – Siyahı

2 Fevral 2018 12:15

Prezident İlham Əliyevin 5 dekabr 2017-ci ilə tarixli sərəncamı ilə Fazil Məmmədov vergilər naziri vəzifəsindən azad edildi. Həmin gün prezidentin imzaladığı digər sərəncamla Təhsil naziri Mikayıl Cabbarov Vergilər naziri vəzifəsinə təyin edildi.

 Ağdaşda məscid yanıb

2 Fevral 2018 12:14

Ağdaş rayonunun Göyəkənd kəndində ümumi sahəsi 180 m2 olan birmərtəbəli kənd məscidinin yanar konstruksiyaları və içərisində olan əşyalar 130 m2 sahədə yanıb. Bu barədə FHN-dən məlumat verilib.   Məscidin qalan hissəsi yanğından mühafizə olunub.

Türkiyəyə qarşı plan həbsxanada hazırlanıb – Gizli məktublarda verilən DƏHŞƏTLİ TƏLİMATLAR

2 Fevral 2018 12:13

ABŞ-ın İŞİD əleyhinə koalisiya üzrə xüsusi nümayəndəsi Brett Makgurkun (Türkiyədə “müstəmləkə valisi” adlandırılır - red.) PKK məsələsinin həlli prosesində təşkilatın lideri Abdullah Öcalanla məktublaşdığı ortaya çıxıb.

YUĞ –da premyera gözlənilir

2 Fevral 2018 12:11

YUĞ Dövlət Teatrında A.P.Çexovun “Təklif” birpərdəli vodevili əsasında yeni tamaşa hazırlanır. Olaylar.az bildirir ki, tamaşanın quruluşçu rejissoru Günay Səttar, quruluşçu rəssamı Umay Həsənova, musiqi tərtibatçısı Amid Qasımov, rejissor assistenti Sabir Məmmədovdur.

Elmi-Metodiki Mərkəz və Yunus Emre İnstitutu arasindaəməkdaşlıq davam edir

2 Fevral 2018 12:10

 Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin direktoru Asif Usubəliyevin və Mərkəzin rəsmi partnyoru olan Bakı Yunus Əmrə İnstitununun  yeni təyin olunmuş rəhbəri Cihan Özdemir arasında görüş keçirilib.

İranda nümayişlər zamanı başlarını açan 29 qadın həbs edilib

2 Fevral 2018 12:07

İranda nümayişlər zamanı başlarını açan 29 qadın həbs edilib. Hökumətə yaxın özəl Təsnim xəbər agentliyinin məlumatına görə, həbslər "Ağ çərşənbə" adı ilə tanınan hicab əleyhinə kampaniyaya qarşı mübarizənin bir hissəsidir. Kampaniyaya görə hər çənşənbə günü qadınlar ağ baş örtüklərini çıxarmalıdır. Məlumatda həbslərin nə zaman və harada həyata keçirildiyi bildirlməyib. Son günlər sosial mediada icbari müsəlman örtüklərini açıb, çubuqlarda dalğalandıran qadın görüntüləri yayılır.

Yük avtomobilləri toqquşdu

2 Fevral 2018 12:02

Bakının Nərimanov rayonunda ağır yol qəzası olub. “Olaylar” xəbər verir ki, avtoqəza Ziya Bünyadov prospekti ilə Alı Mustafayev küçəsini birləşdirən yolötürücü tuneldə baş verib və iki yük maşınının toqquşması ilə nəticələnib.

Orta məktəblər haqqında da qanun olacaq

2 Fevral 2018 12:01

Milli Məclisin Elm və təhsil komitəsi bu il “Orta ümumtəhsil məktəbləri haqqında” qanun layihəsi hazırlayacaq. Bu barədə Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli məlumat verib. Komitə sədri bildirib ki, Azərbaycanın təhsil sisteminin daha da inkişaf etdirilməsi üçün dövlət səviyyəsində ardıcıl və məqsədyönlü iş aparılır: “Yəqin ki, yaz aylarında "Orta ümumtəhsil məktəbləri haqqında" qanun layihəsinin hazırlanması üçün ilkin işlərə başlayacağıq.

Bu balina insan kimi danışır- VİDEO

2 Fevral 2018 11:58

Şotlandiyanın Sent-Endryus Universitetinin alimləri əhilləşdirdikləri balinaya insan kimi danışmağı öyrədiblər. Belə ki, Viki adlı balina "salam", "gülə-gülə" sözlərini deməyi, baxıcısını Emi adı ilə çağırmağı, həmçinin 3-ə qədər saymağı bacarır. 16 yaşlı balinanın danışığının nə qədər aydın olması isə xüsusi cihaz vasitəsilə yoxlanılır.

Dağlıq ərazidə qalmış 4 nəfər xilas edilib

2 Fevral 2018 11:56

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonunda dağlıq ərazidə 4 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Qazaxıstan parlamentinin sədri Bakıya gəldi

2 Fevral 2018 11:57

Qazaxıstan parlamentinin spikeri Bakıya gəlib. Məlumata görə, Qazaxıstan Respublikası Parlamenti Məclisinin sədri Nurlan Niqmatulinin başçılıq etdiyi nümayəndə heyəti fevralın 1-də Azərbaycana rəsmi səfərə gəlib. Heydər Əliyev Beynəlxalq Aeroportunda Qazaxıstan Parlamenti Məclisinin sədrini Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərov və Azərbaycan-Qazaxıstan Parlamentlərarası dostluq qrupunun rəhbəri Adil Əliyev qarşılayıblar.

Məmmədyarov Lavrovla telefon danışığı aparıb

2 Fevral 2018 11:54

Azərbaycan və Rusiya xarici işlər nazirləri Elmar Məmmədyarov və Serqey Lavrov arasında 1 fevral tarixində telefon danışığı olub. Azərbaycan Xarici İşlər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, telefon danışığı əsnasında nazirlər regional və beynəlxalq gündəliyə aid mövzular, o cümlədən Xəzər dənizinin hüquqi statusu, Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar və ikitərəfli əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar. 

ABŞ Rusiyanın qarşısına ŞƏRT QOYDU: "Bunları etməsə..."

2 Fevral 2018 11:49

“İndiki beynəlxalq siyasət kursundan imtina etməyəcəyi halda, Rusiya ABŞ-ın dostu olmayacaq”. Bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli Qərbi Virciniyada respublikaçıların müşavirəsində deyib. O, Rusiyanın 2016-cı ildə ABŞ-dakı prezident seçkilərinə müdaxiləsini “hiddətə gətirən hadisə” adlandırıb. Diplomat həmçinin Rusiya hakimiyyətini Ukraynanın ərazisini işğal etməkdə, Suriya hökumətinə dəstək verməkdə və İranın nüvə obyektlərinin daha yaxından yoxlanılmasına mane olmaqda ittiham edib.