Elmi-Metodiki Mərkəz və Yunus Emre İnstitutu arasindaəməkdaşlıq davam edir

 Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin direktoru Asif Usubəliyevin və Mərkəzin rəsmi partnyoru olan Bakı Yunus Əmrə İnstitununun  yeni təyin olunmuş rəhbəri Cihan Özdemir arasında görüş keçirilib.

Görüşdə  müəssisələr arasında əməkdaşlığın yeni perspektivləri müzakirə olunub. Azərbaycan və Türkiyə mədəniyyətinin vahid və oxşar paradiqmalardan bəhs edən rəhbərlər bu sahədə birgə fəaliyyətin istiqamətlərini müəyyən etmişlər.

A.Usubəliyev və C.Özdemir qurumların iş planlarından söhbət açaraq, vahid türk mədəniyyətindən, ortaq mədəni maraqlardan və 2018-ci il Azərbaycanda "Xalq Cümhuriyyəti ili" elan olunması ilə əlaqədar keçiriləcək birgə layihələrdən danışmışlar. Məqsəd iki ölkələrin gənclərini mədəni proseslərə cəlb edilməsi, vətənpərvərlik hissinin formalaşması və "Bir millət iki dövlət" ifadəsini məzmunca doldura bilməsidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31