Orta məktəblər haqqında da qanun olacaq
Milli Məclisin Elm və təhsil komitəsi bu il “Orta ümumtəhsil məktəbləri haqqında” qanun layihəsi hazırlayacaq. Bu barədə Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli məlumat verib. Komitə sədri bildirib ki, Azərbaycanın təhsil sisteminin daha da inkişaf etdirilməsi üçün dövlət səviyyəsində ardıcıl və məqsədyönlü iş aparılır: “Yəqin ki, yaz aylarında "Orta ümumtəhsil məktəbləri haqqında" qanun layihəsinin hazırlanması üçün ilkin işlərə başlayacağıq.
2 Fevral 2018 12:01 SosialMilli Məclisin Elm və təhsil komitəsi bu il "Orta ümumtəhsil məktəbləri haqqında" qanun layihəsi hazırlayacaq. Bu barədə Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli məlumat verib. Komitə sədri bildirib ki, Azərbaycanın təhsil sisteminin daha da inkişaf etdirilməsi üçün dövlət səviyyəsində ardıcıl və məqsədyönlü iş aparılır: "Yəqin ki, yaz aylarında "Orta ümumtəhsil məktəbləri haqqında" qanun layihəsinin hazırlanması üçün ilkin işlərə başlayacağıq. Yeni qanun layihəsi hazırlanarkən bir çox ölkələrin təcrübəsi öyrəniləcək və ölkənin reallıqları qanun layihəsində öz əksini tapacaq. Bu qanunun qəbulu ölkəmizdə təhsilin inkişafına öz töhfəsini verəcək".