Azərbaycanda güclü zəlzələ gözlənilir? - AÇIQLAMA
13:47 SosialXəbər verdiyimiz kimi, bu gün yerli vaxtla saat 05:52-də Xəzər dənizində zəlzələ olub.Zəlzələnin maqnitudası 3,1 olub.Zəlzələnin ocağı 31 kilometr dərinlikdə yerləşib.Bəs hazırda ölkədə seysmoloji vəziyyət necədir?
Mövzu ilə bağlı Milli.Az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin şöbə müdiri Vüsalə Rafiqqızı bildirib ki, hal-hazırki saata qədər fon səviyyəsindədir.
"Yəni xırda təkanlar həmişə var seysmik bölgələrdə. Bu saata qədər narahatçılıq doğuran heç bir hal yoxdur", - deyə o qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31