Gündəm
İntiharların şok statistikası: hər 3 gündə 4 nəfər…
Hər 3 gündə 4 nəfər intihar edir, onlardan 60 faizə qədəri yaşı 40-dan az olanlar, hər 3 nəfərdən 1-i qadın, hər 10 nəfərdən 1-i isə uşaqdır.
Sürücülər borcu təcili ödəməlidir – Qanun qüvvəyə mindi
Bu gündən etibarən inzibati cəriməsi olan və bu cərimələri ödəməyən sürücülər bəzi problemlərini həll edə bilməyəcəklər. Bu sözləri hüquqşünas, yol-hərəkəti üzrə ekspert Ərşad Hüseynov "Yol hərəkəti haqqında" Qanuna edilən və bu gündən qüvvəyə minən əhəmiyyətli dəyişiklik barədə danışarkən deyib.
Həmsədrlərin ölkəmizə səfərinin vaxtı açıqlandı
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ATƏT-in Minsk Qrupu həmsədrlərinin Azərbaycana səfəri barədə məlumat yayıb.“Olaylar”ın məlumatına görə, XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, həmsədrlərin Azərbaycana fevralın 6-da gəlmələri, fevralın 7-də isə müvafiq rəsmi görüşlər keçirmələri gözlənilir. Səfərin məqsədi Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan intensiv və məntiqi əsaslı danışıqlara dair müzakirələrin davam etdirilməsidir.
Deputatdan təklif: “Rusiya və ABŞ gəlib Bakıda barışsınlar”
"Azərbaycan ABŞ və Rusiya arasındakı münasibətlərin kəskinləşməsinin tərəfdarı deyil və bu iki ölkə arsındakı münasibətlərin kəskinləşməsini maraqlarımıza zərbə hesab edirik”. Bunu deputat Zahid Oruc ABŞ-Rusiya arasındakı münasibətlərin kəskinləşməsi və Ağ Evin Rusiya rəsmiləri, iş adamlarına qarşı sanksiyalarını şərh edərkən deyib. Onun sözlərinə görə, Azərbaycan prezidenti Davos forumunda çıxışı zamanı bəyan edib ki, Azərbaycandan müxtəlif ölkələr əleyhinə forpost fəaliyyətinə cəlb etmək istəyirlər və bizdən bunu umurlar: “Şükürlər olsun ki, ötən dövr ərzində prezident İlham Əliyevin liderlik gücü Azərbaycanın belə oyunlarda iştirakına imkan verməyib.
"Türkiyədən Kiprə qeyri-qanuni yolla gedəcəkdik"
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Rövşən Heybətovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Məlumata görə, hakim Azər Paşayevin sədrlik etdiyi iclasda zərərçəkən Elnur Məmmədov hakimin sualına cavab olaraq ona məxsus 144 min dolların qaytarıldığını deyib. O, qalan pulun da qaytarılmasını istəyib və mülki iddianı müdafiə edib.
Yağmursuz hava davam edəcək
Bakıda və Abşeron yarımadasında fevralın 3-dəhava şəraitinin buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək.
Səhiyyə Nazirliyi: Azərbaycanda istehsal ediləcək dərmanlar müxtəlif qruplara aid olacaq
“Bir neçə ölkənin dərman istehsalçıları ilə birgə Azərbaycanda müəssisələr yaradılıb. Azərbaycanda artıq yerli dərman istehsalına başlanılıb”. Bunu Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Əczaçılıq subyektləri üzrə iş şöbəsinin müdir müavini Pərviz Əzizbəyov deyib. P. Əzizbəyov bildirib ki, Azərbaycanda istehsal olunacaq dərmanlar müxtəlif qruplara aid olacaq.
Səhiyyə Nazirliyi 11 aptekdə yoxlama aparıb, 600 qutu dərman satışdan çıxarılıb
“Ötən il yerli dövlət orqanları və əhalinin müraciətləri əsasında 11 aptekdə yoxlama aparılıb. Nəticədə 600 qutu dərman vasitəsi satışdan çıxarılıb”. Bunu Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Əczaçılıq subyektləri üzrə iş şöbəsinin müdir müavini Pərviz Əzizbəyov deyib. Yoxlamaların konkret faktlar əsasında aparıldığını xatırladan P. Əzizbəyov bildirib ki, apteklərdə yoxlamaların aparılması qanunvericiliklə - ya planlı, ya da plandankənar həyata keçirilir.
Nazir: "Vizanın 3 saata verilməsi bütün maneələri aradan qaldırdı"
"Prezident İlham Əliyevin beynəlxalq hava limanlarında əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza verilməsi prosedurunun təkmilləşdirilməsi haqqında verdiyi fərman ölkədə turizmin inkişafına yönəlmiş addımdır". Məlumata görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
“Bordo bereli”lər hərəkətə keçdi - KÜÇƏ DÖYÜŞƏRİ BAŞLAYIR
Türkiyə “Zeytun budağı” əməliyyatının davam etdiyi Afrində küçə döyüşlərinə hazırlaşır. Pilotsuz uçuş aparatları PKK/PYD terrorçularının şəhərin küçələrində yerləşdiyi mövqeləri çəkərək əməliyyat mərkəzinə göndərir. Türkiyə mülki əhalinin zərər çəkməməsi üçün yaşayış bölgələrində keçirəcəyi əməliyyatı detalların qədər incələyir. Pilotsuz uçuş aparatları vasitəsilə aparılan vizual kəşfiyyatın da məqsədi əməliyyat zamanı mülki əhalinin zərər çəkməməsidir.
Mübariz Mənsimov Bakıdakı obyektlərini satışa çıxardı
Türkiyədə yaşayan və biznes quran azərbaycanlı iş adamı Mübariz Mənsimov Bakıdakı mülklərini satışa çıxarıb. Biznesmenə məxsus “Palmali” şirkətinin Bakı şəhərinin Nərimanov rayonu, Məmməd Araz küçəsi 27 ünvanında (“Milyonerlər məhəlləsi” adlanan ərazi) yerləşən dörd mərtəbəli ofisi satışa çıxarılıb.
ABŞ-lı admiral rüşvət aldığını etiraf edib
ABŞ Sakit Okean Hərbi Donanmasının hazırda həbsdə olan sabiq admiralı Troy Amundson rüşvət və əxlaqsız xidmətlər qarşılığında bəzi şəxslərə məxfi məlumat ötürdüyünü etiraf edib. O məxfi məlumatları əsasında ona rüşvət verən və əxlaqsızlıq yuvalarında ona əyləncə təşkil edən malayziyalı jurnalist Glenn Frensisə ötürdüyünü ifadə edib.
Ukraynadan xəbərdarlıq: Bizi satsanız...
Rusiya üzərindən sanksiyaların tez götürülməsi Avropanın parçalanmasına səbəb olacaq. Bunu Almaniya mətbuatına müsahibəsində Ukrayna Xarici İşlər naziri Pavel Klimkin söyləyib.
Əhali pulsuz tibbi müayinələrdən keçiriləcək - Sərəncam
Azərbaycan əhalisi tibbi müayinələrdən keçiriləcək. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, səhiyyə nazirinin müavini Nigar Əliyeva bununla bağlı sərəncam imzalayıb. Sərəncamda qeyd olunub ki, Prezidentin tapşırığını rəhbər tutaraq fevralın 12-dən mayın 12-dək ölkə əhalisinin tibbi müayinələrdən keçirilməsi təşkil ediləcək. Respublikanın şəhər və rayonlarının tibb idarə və müəssisələrinin rəhbərlərinə əhalinin tibbi müayinələrdən keçirilməsinin icrasını şəxsi nəzarətə götürmək tapşırılıb.
Rus xəfiyyələri niyə təcili ABŞ-a getdi? - MKİ şefi açıqladı
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Mayk Pompeo Rusiya xüsusi xidmət orqanlarının rəhbərlərinin Vaşinqtona niyə səfər etdiklərini açıqlayıb. Pompeo bu görüşlərin mütəmadi xarakter daşıdığını bildirib. “Biz mütəmadi olan rusiyalı həmkarlarımızla görüşürük. Burada məqsəd amerikalıların təhlükəsizlikdə olmasıdır. Danışıqlarda əsas müzakirə mövzusu tərəflər arasındakı fikir ayrılıqları olub. Rusiyanın düşmən olmasına baxmayaraq, biz onlarla əməkdaşlıq edirik. Belə olmasaydı, biz amerikalıların həyatını ciddi təhlükə altına qoymuş olardıq”, - Pompeo deyib.














