Müasir Azərbaycan tarixinin ən qüdrətli dövrünü yaşayır- ÖZƏL

"Müasir Azərbaycan tarixinin ən qüdrətli dövrünü yaşayır". "Olaylar" xəbər verir ki, bunu YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bildirib: "Son illərdə ölkəmizin əldə etdiyi mühüm nailiyyətlər, həyata keçirilən irimiqyaslı layihələr, sosial-iqtisadi inkişaf və beynəlxalq müstəvidə möhkəmlənən mövqelər Azərbaycanın tərəqqi yolunda inamla irəlilədiyini nümayiş etdirir. 

Bu tarixi uğurların əldə olunmasında ölkəmizin avanqard siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının xüsusi rolu var. Hər bir nailiyyət gələcəyə sərmayədir. YAP bu gün qarşıya qoyulan hədəflərin reallaşdırılmasına öz töhfəsini verir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31